Moisey ben Aaron ben Şeerit Şirvani — Şamaxı yəhudisi, "Aqron" lüğətinin müəllifi. Şirvanda yaşamışdır. 1459-cu ildə Tövrat terminlərindən ibarət olan "Arqon" adlı lüğəti qələmə almışdır. Lüğət günümüzə təkcə hissələr halında gəlib çatmışdır. Y (yud - י) hərfindən sonadək saxlanmış lüğətdə Əhdi-Ətiqin hətta arami terminləri də özünə yer tapmışdır. Bir sözün bütün digər mənalarını ayrı məqalələrdə izah olunmuşdur. Lüğət o vaxtlar Şirvanşahlar dövlətinin dili olan fars dilindədir.Wilhelm Bacher, Stade, "Zeitschrift" 1885-1901, fəsil XVI, səh. 201-247, fəsil XVII 199-203 Yeganə nüsxəsi Sankt-Peterburqda saxlanır.

İstinadlar

Kateqoriya:XV əsr şəxsləri Kateqoriya:Şirvanşahlar dövləti Kateqoriya:Azərbaycan yəhudiləri Kateqoriya:Yəhudi yazıçılar Kateqoriya:XVI əsr şəxsləri