Aclıq Oyunları — ABŞ yazıçısı Suzan Kollins tərəfindən yazılan 2008-ci ilin elmi-fantastik roman. Əsərdə hadisələr uzaq gələcəkdə, Cənubi Amerikada qiyamətdən sonra qurulan antiutopiya ölkəsi Panemdə yaşayan 16 yaşlı Ketnis Everdininin ağzından danışılır. Ölkədəki siyasi nəzarəti yüksək inkişaf etmiş Kapitoliya idarə edir. Aclıq Oyunları hər il Panemi əhatə edən 12 mahaldan seçilmiş 12-18 yaş arası bir qız və oğlanın ölümlə mübarizə apardıqları televiziya proqramıdır.

Roman bir çox yazıçılardan (məsələn, Stefan Kinq, Stefani Mayer, Con Qrin və s.) rəğbət görmüşdür. Bəzi tənqidçilər Kolinsin romanı ilə Kouşun Takaminin "Şahanə Döyüş" (1999) əsərinə oxşarlıqlar olduğunu bildirsə də hekayə və obrazlar bəyənilmişdir. Kolins kitabı yazarkən Yunan mifologiyasından, Romadakı qladiator döyüşlərindən və şou proqramlardan ilham almışdır. Roman Kaliforniya Gənc Oxucu Medalı daxil olmaqla bir çox mükafata layiq görülmüş, 2008-ci ildə "Publishers Weekly" tərəfindən ilin ən yaxşı kitablarından biri seçilmişdir.

Aclıq Oyunları ilk dəfə 14 sentyabr 2008-ci ildə Tim O'Brayenin hazırladığı üz qabığıyla "Scholastic" nəşriyyatı tərəfindən təqdim olunmuşdur. 200.000-lik ilkin nəşrdən sonra 2010-cu ilin fevralına qədər 800.000 nüsxəsi satılmış, 26 dilə tərcümə olunmuş və çap hüququ alaraq 38 ölkədə nəşr olunmuşdur. Roman Aclıq Oyunları trilogiyasının ilk kitabıdır. Digər iki kitab Güclənən Alov (2009) və Mokinqcey (2010) adlanır. Roman əsasında 2012-ci ildə Qeri Rosun rejissorluq etdiyi film çəkilmişdir.

İstinadlar

Xarici keçidlər Suzanna Kollinsin saytı Scholastic rəsmi sayt Açlıq Oyunları rəsmi sayt

Kateqoriya:2008-ci ilin romanları Kateqoriya:ABŞ romanları Kateqoriya:İngilis dilində romanlar Kateqoriya:Filmlərə adaptasiya olunmuş ABŞ romanları Kateqoriya:Filmlərə adaptasiya olunmuş elmi-fantastika romanları