Çikaqo () — Rejissor Rob Marşallın 2002-ci ildə eyniadlı müzikl əsasında yazdığı ssenariyə çəkilmiş musiqili, kriminal film. Film 2003-cü ildə ən yaxşı film nominasiyası da daxil olmaqla 13 nominasiyada Oskara namizəd göstərilmişdir. Oliver! filmindən bəri (1968) ən yaxşı film nominasiyasında oskar qazanmış ilk müzikldır.

Süjet Filmdə hadisələr 1920-ci ildə Çikaqoda baş verir. Hekayənin baş qəhrəmanı — uzun müddətdir mexanik Eymslə evli olan lakin daha böyük iddilara — məşhur olmaq, kumiri olduğu ləçər primadonna Velma Kelli kimi səhnədə parlamaq istəyən — Çikaqo şəhərinin sakini Roksi Hartdır. Lakin Roksi arzularının əksinə olaraq hər günü evdə keçirməli və sadəlöhv Eymosun işdən qayıtmasını gözləməlidir. İnsanların arasına çıxmaq üçün Roksi, onun barəsində kabare sahibi olan dostuna deməyə söz verən mebel satıcısı Freyd Keysi ilə əlaqəyə girir. Əslində heç bir dost mövcud deyildi və Keysi onu ani intriqa üçün sadəcə aldadırmış. Həqiqəti öyrənən Roksi vəziyyətlə barışmır və ərinin silahı ilə məşuquna atəş açaraq onu öldürür. Əvvəlcə Roksi ərinə ölən adamın evə girən oğru olduğunu bildirir və buna inanan Eymos günahı üzərinə götürmək istəyir, lakin ölən adamın Roksinin məşuqu olduğunu öyrəndikdən sonra hirsindən arvadını həbsxanaya yollayır. Bu andan etibarən Roksinin Çikaqo qadın həbsxanasındakı sərgüzəştlərinin hekayəsi başlayır. Əri və bacısının onun arxasında sevgi münasibəti qurduqlarını öyrənib qəzəb içində onların hər ikisini öldürən müğənni Velma da təsadüf nəticəsində bu həbsxanaya düşür. Burada ağalıq Mama ləqəbli ekssentrik gözətçinin əlindədir. Həbsxanada ciddi qaydalar qoyan Mama pul müqabilində məhbus qadınların istənilən istəyini həyata keçirməyə hazırdır.

Baş rol qismində, həmçinin xidmətlərinə görə böyük pullar alan və heç bir işini uduzmayan uğurlu vəkil Billi Flin də rol alır. Roksi onun işini məhz Flinin aparmasını xəyal edir, lakin problem vəkilin artıq Velmanın işi ilə məşğul olmasıdır. Roksinin xahişi ilə Mama onun işini aparmağa ürəksiz razı olan Flinlə əlaqə qurur. Bundan sonra Velma və Roksi düşmənə çevrilirlər. Flin Roksinin işi ilə çox sayda adamların maraqlanması üçün əlaqələrindən istifadə edir. Onun hekayəsi mətbuatda böyük furor yaradır və qəhrəmanın xəyalı axır ki, reallaşır: indi o məşhurdur. Roksi və Flin işi ən xırda detallarına qədər götür-qoy edir və işi udmaq üçün istənilən qurbanı verməyə razıdırlar. Lakin unutduqları bir həqiqət var: Çikaqoda daimi şöhrət və daimi münasibət mümkün deyildir.http://arsiv.ntvmsnbc.com/news/204777.asp

Rollarda Personajın adı Originalda Rolun ifaçısı Roksi Hart Roxie Hart Rene Zellveqr Velma Kelli Velma Kelly Ketrin Zeta-Cons Eymos Hart Amos Hart Con K. Reyli Billi Flinn Billy Flynn Riçard Gir Мatrona "Мama" Morton Matron "Mama" Morton Kuin Latifa Fred Keysli Fred Casely Dominik Vest Katalina "Macarıstanlı" Helinski Katalin "The Hunyak" Helinszki Yekatrina Şelkanova Meri Sanşayn Mary Sunshine Kristin Baranski Kitti Bakster Kitty Baxter Lüsi Lyu

Saundtreklər

Kino-versiya "Overture / All That Jazz" – Velma və varetye "Funny Honey" – Roksi "When You're Good to Mama" – Mama "Cell Block Tango" – Velma, Mona və b. "All I Care About" – Billi Flinn "We Both Reached for the Gun" – Billi, Roksi, Mari və digər jurnalistlər "Roxie" – Roksi "I Can't Do It Alone" – Velma "Mister Cellophane" – Amos "Razzle Dazzle" – Billi "A Tap Dance" — Billi "Class" – Velma və Mama "Nowadays" – Roksi "Nowadays / Hot Honey Rag" – Roksi, Velma "I Move On" – Roksi və Velma "All That Jazz (reprise)" – Velma

DVD disk

Nominasiya və mükafatlar MükafatКateqoriyaAdNəticəOskar mükafatıƏn yaxşı filmMartin RiçardsƏn yaxşı rejissorRob MarşallƏn yaxşı qadın roluna görəRene ZellveqerƏn yaxşı ikinci plan kişi roluna görəCon K. ReyliƏn yaxşı ikinci plan qadın roluna görəKuin LatifaKetrin Zeta-ConsƏn yaxşı uyğunlaşdırılmış ssenariyə görəBill Kondonən yaxşı operator işinə görəDion BibiƏn yaxşı quruluşçu rəssam-dekorator işinə görəCon Mayr, Qordon SimƏn yaxşı geyimlər dizaynına görəKollin EtvudƏn yaxşı montaja görəMartin UolşƏn yaxşı montaja görəMaykl Minker, Dominik Tavelya, Devid liƏn yaxşı musiqiyə görəDenni Elfman, Con Kander, Fred Ebb ("I Move On")BAFTAƏn yaxşı filmə görəMartin Ri, ardsƏn yaxşı rejissor işinə görəRob MarşallƏn yaxşı qadın roluna görəRene zellveqerƏn yaxşı ikinci plan qadın roluna görəKuin LatifaKetrin Zeta-ConsƏn yaxşı operator işinə görəDion BibiƏn yaxşı quruluşçu rəssam-dekorator işinə görəCon MayrƏn yaxşı geyimlər dizaynına görəKollin EtvudƏn yaxşı montaja görəMartin UolşƏn yaxşı qrimə görəCordan Semüyel, Cudi Kuper-SiliƏn yaxşı musiqiyə görəDenni Elfman, Con Kander, Fred EbbƏn yaxşı səsə görəMaykl Minker, Dominik Tavelya, Devid Li, Moris ŞellQızıl Qlobus mükafatıən yaxşı film, komediya və müziklƏn yaxşı rejissor işinə görəRob Marşallkomediya və ya müziklda Ən yaxşı kişi roluna görəRiçard Girkomediya və ya müzilkda ən yaxşı qadın roluna görəRene Zellveqerketrin Zeta-ConsƏn yaxşı ikinci plan kişi roluna görəCon ReyliƏn yaxşı ikinci plan qadın roluna görəKuin Latifaən yaxşı ssenariyə görəBill Kondon ABŞ aktyorlar kinogildiyasının mükafatıən yaxşı aktyor ansamblına görəƏn yaxşı kişi roluna görəRiçard GirƏn yaxşı qadın roluna görəRene ZellveqerƏn yaxşı ikinci plan qadın roluna görəKuin latifaKetrin Zeta-ConsQremmi mükafatıkino və yaxud Tv üçün yazılmış ən yaxşı mahnıya görəCon Kander, Fred Ebb ("I Move On")kino və yaxud Tv üçün ən yaxşı saundtreklərə görəRendi Spendlav, Rik Ueyk, Coel Moss, Den Xerçel

İstinadlar

Xarici keçidlər Официальный сайт фильма .

Рецензия Алекса Экслера. Обзор лицензионного DVD-диска .

Həmçinin bax

Kateqoriya:Almaniya filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:Rob Marşallın filmləri Kateqoriya:Çikaqo haqqında filmlər Kateqoriya:ABŞ-nin kriminal komediya-dram filmləri Kateqoriya:Macarca filmlər Kateqoriya:2002-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin detektiv filmləri Kateqoriya:İngiliscə kriminal komediya-dram filmləri Kateqoriya:Miramax filmləri Kateqoriya:İngiliscə qara yumor filmləri Kateqoriya:Pyeslərə əsaslanan ABŞ filmləri Kateqoriya:BAFTA qalibləri (filmlər) Kateqoriya:Almaniyanın dram filmləri Kateqoriya:İngiliscə Almaniya filmləri Kateqoriya:İngiliscə Kanada filmləri Kateqoriya:2002-ci ilin dram filmləri Kateqoriya:Adaptasiyalara əsaslanan filmlər Kateqoriya:Ölüm cəzası haqqında filmlər Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:Almaniyanın komediya filmləri Kateqoriya:İkinci planda ən yaxşı aktrisa nominasiyası üzrə Oskar mükafatına layiq görülmüş filmlər Kateqoriya:1920-ci illər haqqında filmlər Kateqoriya:Müzikllərin film uyğunlaşdırmaları Kateqoriya:ABŞ-nin rəqs filmləri Kateqoriya:Oskar mükafatı alan filmlər Kateqoriya:Film remeykləri