Rəssam(ın) emalatxanası , tam adı Mənim bədii (və mənəvi) həyatımın yeddi il mərhələsinin həqiqi rəmzi () — Qüstav Kurbenin 1855 ci ildə yağlı boya texnikası ilə çəkmiş olduğu rəsm əsəri. Tablonun ölçüləri 361 × 598 sm-dir. Hazırda əsər Parisin Orsay muzeyində sərgilənməkdədir.

Tarixi və süjeti Kurbe tablonu 1854 cü ildə işləməyə başlayır və cəmi 6 həftəyə bitirir. Bu rəsm haqqında o, belə deyirdi: “Dünya mənim atelyemə özlərini çəkdirməkçün gəlir”. — Kurbe rəsm haqqında Tablo Kurbenin yeddi illik yaradıcılığının bir rəmzidir. Tablonun sol tərəfində cəmiyyətin hər təbəqəsinə aid insan fiqurları vardır. Ortada Kurbet bir mənzərə rəsmi üzərinə çalışmaqdadır. Yanında duran çılpaq model isə akademik sənət ənənəsinin bir simvoludur. Sağ tərəfdə isə aralarında Jorj Sand, Şarl Bodler, Şanflyori, Piyer-Jozef Prudon və kolleksiyaçı Alfred Bruyasın da yer aldığı rəssamın dostları və tərəfdaşları təsvir edilmişdir.

İstinadlar

Mənbələr Musee d'Orsay page on this work Courbet bio Humanities Web on this work

Mənbələr

Kateqoriya:Qüstav Kurbenin rəsm əsərləri Kateqoriya:Avtoportretlər Kateqoriya:Orse muzeyinin kolleksiyasındakı rəsm əsərləri Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər