Dreyk boğazı (, : Hoces dənizi) — Atlantik okean və Sakit okeanı birləşdirir (əgər Cənub okeanının sərhədləri dəqiq müəyyənləşsə onda boğazın bir hissəsi məhz bu okeanın ərazisinə düşər.) Şimalda Odlu torpaq, cənubda isə Cənubi Setland adaları arasında yerləşir. O, dünyanın ən enli boğazıdır. Belə ki, onun eni 820 km təşkil edir. Burada güclü qərb passat küləkləri əsir. Həmçinin dünyada ən güclü fırtınalar da burada baş verir. Küləyin sürəti 35 m/s, dalğanın hündürlüyü isə 15 m təşkil edir. thumb|right|220px|Dreyk boğazının hiroqrafik görünüşüCənubi Amerikanın ən ucqar yeri Dieqo-Ramires adası məhs burada yerləşir. Ən ucqar nötqə isə Horn burnudur. Boğaza əfanəvi ingilis dənizçisi və dəniz qulduru Frensis Dreykin şərəfinə onun adı verilmişdir. Dreyk bu boğazdan 1578-ci ildə üzüb keçən ilk avropalı olmuşdur.
Gəmiçilik Tarixən Dreyk boğazı Atlantik okeandan Sakit okeana keçmək istəyən gəmilərin qəbrstanlığı olmuşdur. Bu əsasən o gəmilər olmuşdur ki, onlar boğazı axına qarşı keçmək itəmişlər. Panama kanalının çəkilişindən sonra bütün yük gəmiləri artıq bu kannala daçındığından boğazın əhəmiyyəti azalmışdır. Boğazdan ancaq sakit havada iri yük, hərbi gəmilərin (məsələn: kreyserlər və aviadaşıyıcılar) və həmçinin sualtı qayıqların keçidi mümkündür.
Mənbə Oceanography Centre Ən enli boğaz
Kateqoriya:Atlantik okeanının boğazları Kateqoriya:Sakit okeanın boğazları Kateqoriya:Cənubi Amerika boğazları Kateqoriya:Antarktida boğazları Kateqoriya:Çili boğazları Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış boğazlar Kateqoriya:Atlantik okeanın dənizləri