Düz bağırsaq (; ) — yoğun bağırsağın axırıncı hissəsini təşkil edərək — sol oma-qalça oynağı bərabərində S-ə bənzər bağırsaqdan başlayır və aralıqda adlanan dəlik vasitəsilə xaricə açılır. Bu dəlik olan hissə 2,5–3 sm uzunluğunda, dairəsi isə 5–9 sm olub və anus kanalı — adlanır.
Düz bağırsağın uzunluğu 15–20 sm olub kiçik çanaqda omanın ön səthində, kişilərdə sidikliyin, toxum kisəciyinin və prostat vəzinin arxasında və qadınlarda isə uşaqlıq ilə uşaqlıq yolunun arxasında yerləşmişdir. Düz bağırsaq sagital istiqamətdə iki: çıxıq tərəfi arxaya baxan oma əyriliyinə — , önə baxan aralıq əyriliyinə — malikdir. Frontal istiqamətlərdə isə əyrilikləri çoxdur və sabit deyillər.
Düz bağırsağın yuxarı, oma əyriliyinə müvafiq olan hissəsi — çanaq hissə adlanır və aşağı getdikcə 8–16 sm arasında tərəddüd edən düz bağırsaq ampulunu — təşkil edir. Düz bağırsaq çox nəcislə dolarsa ölçüsü 30–40 sm qədər arta bilir.
Cərrahiyədə düz bağırsaq beş: ampulüstü, yuxarı, orta, aşağı ampul və aralıq hissəyə bölürlər. Düz bağırsağın xarici səthində zolaqlar və çömçələr yoxdur; selikli qişasında aypara püküşlər əvəzində köndələn büküşlər — və boylama büküşlər — anus sütunları — vardır. Düz bağırsağın əzələ qişası iki: xarici boylama və daxili həlqəvi qatdan təşkil olunmuşdur.
İstinadlar
Mənbələr Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников. Атлас анатомии человека (4 тома) Anatomy: Embryologie
Xarici keçidlər http://www.lab.anhb.uwa.edu.au/mb140/ Rektumbilder im Endoskopieatlas
Kateqoriya:Anatomiya Kateqoriya:İnsan anatomiyası Kateqoriya:Həzm sistemi Kateqoriya:Düz bağırsaq