Edinburq qalası () — Şotlandiya ərazisində olan tarixi memarlıq abidəsi.
Təsviri Edinburq qalası Edinburq Köhnə şəhərinin qərbindəki Kral Milinin üstündə yerləşir.
Mons Meg
thumbnail|Mons Meg Mons Meg — XV əsrdə düzəldilmiş dünyanın ən böyük toplarından biridir. Top Burqund hersoqunun göstərişi ilə 1449-cu ildə düzəldilib və 1454-cü ildə Şotlandiya kralı II Ceymsə hədiyyə edilmişdir. Topun ağırlığı 6 ton, mərmilərinin ağırlığı isə 150 kq-dır. Top 2km uzaqlığa qədər atəş açmaq xüsusiyyətinə malikdir. Güllələrdən bir neçəsi indiyə qədər topun yanında nümayiş etdirilir.
Top Belçikada Mons adlanan ərazidə düzəldildiyi üçün Mons Meg adlandırılmışdır. İlk dəfə XV əsrdə Edinburq qalası mühasirəyə alınan zaman, qalanın müdafiəsi üçün ingilislərə qarşı istifadə edilmişdir.
Cari istifadəsi Edinburq qalası Şotlandiya hökumətinə məxsusdur.
Turist məkanı Edinburq qalası Şotlandiyada ən məşhur ödənişli turist məkanı sayılır, qalaya 2013-cü ildə 1.4 milyon ziyarətçi gəlmişdir.
Hərbi rolu Qalanın ordu ilə güclü əlaqəsi hələ davam edir və Böyük Britaniyada əsasən təntənəli və inzibati məqsədlər üçün olsa da, Edinburq qalası hərbi qarnizonlu bir neçə qədim qalalardan biridir.
Edinburq kral hərbi orkestr paradı thumbnail|2011-ci ildə Edinburq hərbi orkestr paradı Hər il avqust ayında Edinburq hərbi orkestr paradı kimi tanınan bir sıra tamaşalar qalada baş tutur. Şəhərə gələn bir çox dövlətlərin hərbi orkestrləri təntənəli marşla həmin meydanda hərəkət edirlər. Paradı tuluq zurnası çalan Şotlandiya hərbçiləri açır.
Saat 1 Topu Saat 1 Topu vaxt siqnalıdır və bazar günü, Yaxşı Cümə və Milad günü istisna olmaqla, hər gün topla dəqiq saat 13:00-da atəş açılır.
Edinburqun simvolu Qala Edinburqun və Şotlandiyanın tanınmış simvoluna çevrilmişdir. Qalanı Edinburq şəhərinin və Edinburq Universitetinin gerbində görmək olar.
İstinadlar
Xarici keçidlər Rəsmi saytı
Kateqoriya:Şotlandiya qəsrləri Kateqoriya:Şotlandiya tarixi Kateqoriya:Edinburq abidələri Kateqoriya:Keçmiş həbsxanalar