Qordon Olport () — Amerika psixoloqu. Həyatı 11 noyabr 1897-ci ildə ABŞ-nin İndiana ştatında, Montezuma şəhərində doğulmuşdur.
Fikirləri Şəxsiyyətin öyrənilməsinə sistemli yanaşmanın ilk təşəbbüskarlarından biri olmuşdur. Onun fikrincə insan «açıq sistemdən» ibarətdir. Bu o deməkdir ki, insanın inkişafı daima başqa adamlarla qarşılıqlı əlaqədə, qarşılıqlı münasibətdə baş verir. İnsan təkcə onu əhatə edənlərə nə isə bəxş etmir, özü də onlardan nə isə alır. Olport şəxsiyyətə insanlar arasındakı geniş əlaqə sistemindən törəyən bir hadisə kimi baxır. Olporta görə şəxsiyyət münasibətlərin qəti modelidir. Şəxsiyyətin inkişafı bioloji tələbatların məcburiyyətindən azadlığı, onun motivlərinin avtonomluq dərəcəsi ilə müəyyən edilir.
Mənbə Ümumi psixologiya. Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə. http://www.stolaf.edu/people/huff/misc/Allporttalk.html
İstinadlar
Xarici keçidlər Allports classic paper on autonomy of motives at Classics in the History of Psychology page. Gordon Allport, The Scapegoats (1954) Gordon Allport, Becoming (1955) Gordon Allport, The Open System in Personality Theory (1960)
Kateqoriya:ABŞ psixoloqları