Armavir mərzi () — Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü olan 10 mərzindən (əyalətindən) biri. Ölkənin qərbində Ağrı və Alagöz dağları arasındakı dərədə yerləşir.

Mərkəzi Armavir şəhəri olan mərz şimaldan Araqatsotn, cənub-şərqdən Ararat mərzləri ilə, şərqdən İrəvan şəhər-mərzi ilə, qərbdən və cənubdan isə Türkiyə Respublikası ilə həmsərhəddir. Türkiyə ilə sərhədin uzunluğu 50 km-ə yaxındır.

Həmçinin bax Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü

İstinadlar

Kateqoriya:Armavir mərzi Kateqoriya:1995-ci ildə yaranmış dövlətlər və ərazilər