Banda dənizi () — Sakit okeanının qərbində, Malay arxipelaqında yerləşən adalar arasında yerləşir. Adalar dənizin sərhədlərini təşkil edir. Şimalda Buru və Seram, cənub-qərbdə Timor, şərqdə Tanimbar və Aru adaları arasında yerləşir. Dənizin sahəsi 714,000 km², şimaldan cənuba eni 500 km, şərqdən qərbə uzunluğu 1000 km, ən dərin yeri 7440 m təşkil edir. Dəniz mərcan rifləri ilə zəngindir. Əsas limanı Ambondur.

Ədəbiyyat Tomascik, Tomas. The Ecology of the Indonesian Seas. Oxford: Oxford University Press, 1998. ISBN 0-19-850186-2.

Kateqoriya:Sakit okeanın dənizləri Kateqoriya:İndoneziya dənizləri Kateqoriya:Asiya dənizləri