Tənha kişi () — 2009-cu ildə Kristofer İşervudun eyniadlı romanı əsasında çəkilmiş ABŞ dram filmi. Tom Fordun debüt işi olan filmdə əsas rolu Kolin Fört canlandırmışdır. Filmdə Cənubi Kaliforniyadakı Britaniya Universitetində 1962-ci ildə professor işləmiş depressiv gay Corc Falkoner obrazına görə Kolin Fört "Ən Yaxşı Aktyor" nominasiyasında Oskar mükafatına namizəd göstərilmişdir.

Filmin premyerası 11 sentyabr 2009-cu ildə 66-cı Venesiya Beynəlxalq Film Festivalında baş tutmuşdur. Filmin 34-cü Toronto Beynəlxalq Film Festivalında göstərilməsindən sonra "The Weinstein Company" onun ABŞ və Almaniyada distribütorluq hüququnu əldə etmişdir. Filmin 82-ci Oskar mükafatlarına namizədliyini təmin etmək üçün ABŞ-də 11 dekabr 2009-cu ildən məhdud yayıma başlanmış, 2010-cu ildən isə filmin geniş yayımına start verilmişdir.

Məzmunu

thumbnail|left|260px|Film boyu əsas qəhrəman Corcun gözündə Tom Ford brendinin istehsalı olan "Falconer" eynəyi olur Filmdə baş verən əsas hadisələr bir gün ərzində, yəni 30 noyabr 1962-ci ildə baş verir, süjet isə, Los-Anceles Universitetlərinin birində dərs deyən Britaniyalı ədəbiyyat professoru Corc Falkoner barədə bəhs edir. Falkoner tək yaşayır, çünki onun partnyoru Cim səkkiz ay əvvəl avtomobil qəzasında həlak olmuşdu. Onlar on altı il idi ki birlikdə yaşayırdılar. Sevgilisinin ölümündən sonra, Corc yuxuda tez-tez kabusları görür və çox vaxt depressiya halında olur, bu da qismən ona görə ki, o öz homoseksuallığını hamıdan gizli saxlayır.

Bu səhər Corc həmişə olduğu kimi tezdən oyanır və hazırlaşır. Baş qəhrəmanın xatirələri vasitəsilə, onun öz partnyorunun ölüm xəbərini eşitdiyi zaman həyəcanı və pərişan vəziyyəti təsvir edilir. Məhz onun Corc adlı əmisi hadisə barədə ona hər şeyi açıqlayır. Telefon danışığında Falkoner Cimminin valideynlərinin ona ölüm barədə məlumat vermək istəmədiklərini və "yalnız sıx ailə üzvlərinin" iştirakına görə hətta onun dəfnində iştirak etməyə belə icazə vermədiklərini öyrənir.

Daha sonra Falkoner eşitdiyinin təsiri altında tapançasını portfelinə qoyur, qulluqçusuna hər şeyə görə minnətdarlığını bildirərək işə gedir. O, öz həyatını intihara hazırlayır. Öz mühazirələrində kitab icmalında olan real problemlərdən yayınaraq, qorxu nəticəsinə azlıqlara olunan ayrı-seçkilik barədə söhbət etməyə başlayır. Onun tələbələrindən biri, Kenni dərsdən sonra onun arxasınca gedərək, dərsdəki mühazirə haqqında onunla söhbət etmək istədiyini deyir. Bundan əvvəl Kenni öz professorunun yaşadığı ünvanla maraqlanmışdı.

Planlaşdırdığı intihara görə, Falkoner çalışdığı ofis kabinetini azad edir və son dəfə öz iş yerinə nəzər salır. O, dayanacaqda yenidən Kenni ilə qarşılaşır, o da professoru ilə maraqlandığını və onu birlikdə kafelərin birində qəhvə içməyə dəvət etdiyini bildirir. Falkoner bu dəvəti qəbul etmir. Bunun əvəzinə o, banka gedərək öz şkafından bütün kağızları, pul və hətta anasının nişan üzüyünü götürür. Həmçinin çimərlikdə onun çılpaq uzanmış köhnə partnyorunun fotoşəkli lazımi əşya kimi götürülür. Budur, daha bir ağ-qara çalarda olan keçmişə qayıdış, orada hər kəs Falkonerin və onun dostunun dənizin sahilində uzanaraq necə əyləndiklərini görür. Auditoriya bilir ki, bir neçə il bundan öncə Falkoner və onun ən yaxın dostu Çarli (Şarlotta) arasında dəfələrlə cinsi əlaqələr olmuşdur; Cimminin isə o vaxtlar yalnız başqa kişilərlə münasibətləri var idi.

İntihara artıq hazır olduğu özünə inandırmağa çalışan Falkoner bankın foyesində Corc və qonşu qızla rastlaşır. Həmin qız ona özünün evindəki əqrəbindən və bir vaxtlar qardaşı ilə onu necə yedizdirdiyi haqqda danışmağa başlayır. Qız "səmimi qardaşın" bir gün atılmasının qaçılmaz olduğunu deyərək, bu sözlərin əslində Falkonerə aid olduğunu göstərir. Tezliklə qızın anası gələrək, Corcu axşam yeməyinə dəvət edir.

Evə qayıdandan sonra, o, özünü güllələmək istəyir. Bununla belə, o, ətrafı çirkləndirməyi heç də istəmir və buna görə də, o silahın necə tutmağın müxtəlif versiyalarını yoxlayır. Onun intiharını Çarli tərəfindən edilən gözlənilməz zəng dayandırır. Corc Çarli ilə onun evində görüşməyi razılaşır. Evdə onlar yemək yeyir, rəqs edir, siqaret çəkir və cin içirlər. Sərxoş olduqdan sonra isə, onlar bütövlükdə öz əzablarını bir-biri ilə bölüşürlər. Çarli onun yeganə qızının artıq böyüdüyünü deyərək, özünün boşanmış evdar qadın rolunun artıq tamamilə perspektivsiz olduğunu deyir. Onun Corcdan xoşu gəlir və partnoyoru Cimminin "dərindən zərər verən əvəzləyici" olduğunu deyir. O, bütün dediyi ifadələrin hər halda uzun illər çəkdiyi qısqanclıq hisslərinə əsaslandığını bildirir.

Axşama yaxın Corc barda yenidən Kenni ilə görüşür. Görüş zamanı Corc əvvəlki xatirələri yenidən canlanır.

Kenni və Falkoner qocalma və ölüm, həyatın mənası və bütün bunların nəticəsi haqqında danışırlar. Onlar ümumi nəticəyə gəlirlər ki, "həyatın anında" yaşamaq ən lazımi bir şeydir. Hər iki yeni dost dənizdə çılpaq üzməyi qərara alırlar və burada Falkoner başından aldığı zərbədən danışır. Daha sonra Kenni Falkonerin yaşadığı evə gedir və burada dostunun ölmüş sevgilisi Cimminin çılpaq fotoşəklinə baxır. Kenni və Falkoner alkoqollu içkilərdən sərxoş olaraq birlikdə yatmağı qərara alırlar. Ancaq bir az sonra oyanan Falkoner, Kennini divanda yatdığını görür. Həmin divanda o, özünün tapançasını aşkar edir və buna görə başlanğıcda təəccüblənir. Falkoner anlayr ki, oğlan gəsdən onun tapançasını gizlədib ki, o özünə sui-qəsd edə bilməsin. Bu ədalətli bir hərəkət idi və ilk dəfə olaraq öz partnyorunun ölümündən sonra o, yenidən öz cəsarət və məmnuniyyət hissini əldə edir. O yatmaq istəyən zaman, birdən sinəsində kəskin ağrı hiss edir və yerə yıxılır. O, ürək tutması nəticəsində ölür.

Aktyorlar və personajlar Kolin Fört — Corc Karlayl Falkoner, kollecdə ingilis ədəbiyyatı fakültəsinin professoru olan Falkoner sevgilisi Cimin avtomobil qəzasında ölümündən sonra ağır depressiya yaşayır. Həyatın mənasını anlamağa çalışan Corc intahara hazırlaşsa da, kollecdə tanış olduğu tələbələrindən birinin isti münasibəti onu fikrindən daşındırır. Culianna Mur — Şarlotta (Şarli), Corcun yaxın rəfiqəsi olan Şarli içki düşkünüdür. Ən çətin anlarında ona dəstək olduğuna görə Corc Şarlini sevir. Bir zamanlar onların arasında romantik münasibətlər də olmuş, lakin, Corcun Cimə aşiq olmasından sonra bu münasibətlər davam etməmişdir. Metyu Qud — Cim, Corcun sevgilisidir. Yaşca xeyli kiçik olmasında baxmayaraq Corc və Cim arasında məhəbbət yaranır və onlar birlikdə yaşamağa başlayırlar. Lakin, Cimin avtomobil qəzasında ölümü onların birliyinə son qoyur. Nikolas Holt — Kenni Potter, Corcun işlədiyi kollecdə təhsil alan Kenni, müəlliminin dərsdə səsləndirdiyi fəlsəfi fikirlərdən təsirlənərək ona yaxınlıq hiss edir. İlk cəhdlər uğursuz olmasına baxmayaraq o, Corcla münasibət qurmağa nail olur. Filmin sonunda Kenni Corcu intahar fikrindən daşındırır. Con Kortajarena — Karlos, Corcun təsadüfən marketdə tanış olduğu fahişədir. Özünü Corca təklif etsə də, Corc bundan imtina edir və Cimin xatirəsinə sadiqliyini saxlayır. Cinnifer Qudvin — Xanım Strank, Corcun qonşusudur, mümkün qədər nəzakətli davranmağa çalışır. Teddi Sirs — Cənab Strank, Corcun qonşusudur, homofobik fikirlərinə görə Corca pis münasibət bəsləyir. Rayan Simpkins — Cennifer Strank, Stranklar ailəsinin övladıdır. Azyaşlı qızcığaz bankda söhbəti zamanı təsadüfən atasının Corca qarşı fikirlərini dilə gətirir. Polett Lamori — Alva, Corcun evində xidmət edən xanımdır. Corc intahar etməyi planlaşdırdığı gün evdən çıxarkən ona təşəkkür edərək vidalaşır. Li Pis — Qrant Lefanu, Corcun iş yoldaşıdır. Erin Deniels — Bank işçisi. Alayni Ueber — Lois, Corcun işlədiyi kollecin tələbəsidir. Con Hemm — Harold Akerli, Cimin kuzenidir. Filmdə onun yalnız səsi eşidilir. Harold Corca zəng edərək avtomobil qəzası haqqında məlumat verir. Aktyor Con Hemmin adı filmin titrlərində qeyd edilmir.<ref>Brown, Lane (December 10, 2009). [http://nymag.com/daily/entertainment/2009/12/don_draper_revealed_as_bearer.html "Don Draper Revealed as Single Man'''s Bearer of Bad News"] . New York. Retrieved 6 aprel 2015.</ref>

İstehsal 220px|thumbnail|left|Filmin rejissoru Tom Ford 2009-cu ildə Venesiya Film Festivalının açılışında. Moda dizayneri Tom Ford birinci dəfə özünü rejissor kimi sınadığından filmi də özü maliyyələşdirmişdir. Filmdə 1960-cı illərin mədəniyyəti xüsusi vurğulanır; filmin dekorasiyalarını, AMC telekanalında yayımlanan və hadisələrin eyni dövrdə baş verdiyi "Axmaqlar" serialının da dekorasiyalarını hazırlamış komanda istehsal etmişdir. "Axmaqlar" serialının ulduzu Con Hemm filmdə Corcun sevgilisinin kuzeninin səsini canlandırsa da, aktyor heyəti sırasında onun adı göstərilməmişdir. Əsas personaj Corc Falkonerin yaşadığı ev 1948-ci ildə Con Lotner tərəfindən, Frenk Lloyd Raytı tərk etdikdən sonra dizayn edilmiş ilk evdir.Tom Fordun DVD-də yayımlanmış rejissor şərhi. İstifadə:4 aprel 2015.

Kristofer İşervudun romanında əsas qəhrəmanın yalnız adı bilinir: Corc. Lakin filmin orijinal ssenarisində onun adı tam olaraq Corc Karlayl Falkoner kimi göstərilir. Karlayl Tom Fordun ikinci adıdır, Flakoner isə Tom Fordun birinci sevgilisi illüstrator Yan Falkonerin soyadı, eyni zamanda Tom Ford brendinə məxsus günəş eynəklərinin adıdır. Tom Ford Kristofer İşervudun əsərini ekranlaşdırması haqqında suala cavab verərkən qeyd edir ki,"Onun əsərlərində ən çox sevdiyi xüsusiyyətlərdən biri hooseksualizmə yanaşmasıdır. Onun əsərlərinin bir çoxu avtobioqrafik xarakter daşıyır və buna görə də çoxlu gay obrazlara rast gəlmək olur, lakin bu heç vaxt hekayənin əsasını təşkil etmir. Gay personaj öz həyatı olan adi insan kimi təsvir edilir, Corc və Cim arasındakı münasibəti oxuyarkən, mən hiss etdim ki, bu sevgini adi insan hissləri kimi təsvir etmək vacibdir. Mən istədim ki, gay və ya natural hekayəsi yox, adi insan hekayəsi olsun. Bizim təsvir etməyə çalışdığımız insan hissləri və iki insan arasındakı sevgidir.""The Huffington Post" qəzetinə verdiyi müsahibədə Tom Ford filmdə bəzi səhnələrin onun özünün həyatından götürüldüyünü bildirmişdi. Belə ki, filmdə Corc və Cimin divanda oturaraq kitab ("Metomorfozlar" və "Tiffanidə səhər yeməyi") oxuduqları səhnə var ki, bu səhnəni rejissor keçmiş sevgilisi Riçard Bakli ilə yaşadığı həyatdan ilhamlanaraq çəkmişdi.

Aktyor seçimi 180px|thumbnail|right|Culianna Mur və Kolin Fört 2009-cu ildə. Corc Falkoner rolu Kolin Förtə təklif olunarkən əvvəlcə cədvəl tutuşmazlığı səbəbiylə roldan imtina etmişdi. Müxtəlif səbəblərə görə filmin çəkiliş vaxtı dəyişdirildikdən sonra Kolin Fört rolu canlandırmağa razılaşmışdır. Tom Ford bu haqqda deyir:

Filmdə Şarlotta (Şarli) obrazını canlandırmış aktrisa Culianna Mur filmdə oynamağa razılaşmış ilk aktyor olmuşdur. Tom Ford qeyd edir ki, "Mən ona ssenarini göndərdim və qeyd etdim ki, ümid edirəm rolu qəbul edəcək. Qısa zamanda cavab verən Culiana razı olduğunu bildirdi.""Tənha kişi" filmində kiçik bir rolu ispan manken və Tom Fordun protejelik etdiyi Con Kortaharen canlandırmışdır. Onun qəhrəmanı Kolin Förtün qəhrəmanının rastlaşdığı fahişəlik ilə məşğul olan gənc homoseksual oğlandır.

Romanın müəllifi Kristofer İşervudun sevgilisi portretist-rəssam Don Bakardi filmdə kameo-rol oynayıb. O, filmdə ingilis ədəbiyyatı kafedrasının əməkdaşı rolunda görünür və həmin səhnədə onun ayağında vaxtilə Kristofer İşervuda məxsus olmuş qırmızı corab var.

Tom Ford müsahibələrindən birində Kenni rolunun əvvəlcə daha məşhur bir aktyora (ehtimal ki, Cemi Bellə) verildiyini, lakin o, heç bir izah vermədən çəkilişlərin başlamasına beş gün qalana kimi yoxlamalara gəlməmişdi. Bu zaman Ford dinləmələr zamanı onda dərin təəssürat yaratmış Nikola Holtu xatırlamışdı. Rollardan biri üçün Viktoriya Silvstedt dinləmədən keçirilmişdi.

Film musiqisi