Mariya Maqdalena ya Maqdalalı Mariya (, , ) — İsanın sədaqətli davamçısı, xristianlıqda müqəddəs sayılan, həvarilərə bərabər tutulan bir qadın. İsanın çarmıxa çəkilməsinin şahidi.

Pravoslav və katolik kilsələr Mariya Maqdalenanın şəxsiyyətinə müxtəlif mövqelərdən yanaşırlar. Pravoslav kilsəsi ona sülh, müjdə daşıyıcısı kimi baxır. Katolik kilsəsi isə əksinə onun şəxsinə Maqdaladan olan bir fahişə kimi baxır.

İncilə görə Mariya fahişəliklə məşğul olmuş, İsanı gördükdən sonra peşəsindən əl çəkərək onun ayağını yumuş, saçları ilə silmiş, sonra isə arxasınca getmişdir.

İsanın çarmıxa çəkilməsindən sonrakı birinci bazar günündə yenidən zühur etməsinin ilk müjdəsini Mariya Maqdalena gətirmişdir. Daha sonra indiki Fransa ərazisinə yerləşərək xristianlığı təbliğ etmişdir.

İstinadlar

Kateqoriya:Xristianlıq Kateqoriya:İsanın davamçıları Kateqoriya:Anqlikan müqəddəsləri Kateqoriya:Lüteran liturgiya təqvimində qeyd edilən şəxslər