Gey prayd (; həmçinin gey parad) — cəmiyyətdə LGBT (lezbiyan, gey, biseksual və transgender) mövcudluğunun nümayişi, LGBT-dən olan şəxslərə qarşı tolerant münasibətlərin dəstəklənməsi, insan hüquqlarının qorunması, vətəndaş hüquq bərabərliyi və gender identikliyinin cinsi oriyentasiyasından asılı olmayaraq bütün insanlar üçün bərabər olduğunu bildirmək üçün keçirilən aksiyadır. Onun məqsədi həmçinin şəxsi ləyaqət hissinin qeyd olunması, şəxsiyyət azadlığının təntənəsi, eləcə də LGBT-ictimaiyyətinin birlik və müxtəlifliyinin təzahürüdür.

Aksiya ənənəvi olaraq yayda (daha çox iyunda), Stounvoll iğtişaşlarının xatirəsi kimi keçirilir - məhz o zaman minlərlə gey polis repressiyalarına qarşı müqavimət göstərmiş və bu seksual azlıqların vətəndaş hüquqları uğrunda apardıqları mübarizənin (daha çox LGBT-hərəkatı adı ilə tanınır) rəmzinə çevrilmişdir. Amma bəzən o, başqa günlərə də həsr olunur, məsələn, Moskva şəhərində keçirilən gey-prayd zamanı, Rusiyada homoseksuallara tətbiq olunan cinayətin ləğvi ildönümünü qeyd olunur.

Gey-praydlar müxtəlif formalarda həyata keçirilir, məsələn - parad, mitinq, yürüş, festival, yarmarka, piknik və sairə. Konkret vəziyyətdən asılı olaraq gey-prayd bayram-karnavalı və ya hüquq müdafiəsi nümayişi xarakteri daşıya bilər. Əslində gey parad () və prayd parad (), gey praydın bir hissəsi və ya formalarından biri hesab olunur və tez-tez onun mərkəzi elementinə çevrilir. Terminologiya Bu gün müxtəlif ölkələrdə gey-praydların adlandırılması bir-birindən fərqlənir: Avstriyada onu Əlvan parad ()Matti Bunzl, Die Regenbogenparade als kulturelles Phänomen, in: Wolfgang Förster, Tobias G. Natter, Ines Rieder (Hg.): Der andere Blick. Lesbischwules Leben in Österreich. Eine Kulturgeschichte. Wien, 2001 adlandırırlar, Hollandiyada o Çəhrayı Şənbə () adını daşıyır, Almaniya və İsveçrədə Kristofer-strit günü (), Latviyada isə Dostluq Günləri keçirilir, bundan başqa Avstraliyada keçirilən Mardi-Qra () karnaval şənlikləri ilə gey prayd adətən birgə qeyd olunur.

Rusiya KİV-ləri "gey praydları", bir qayda olaraq, "gey parad" adlandırırlar, lakin Rusiyada keçirilən LGBT aksiyaların təşkilatçıları özlərini "gey prayd nümayəndələri" deməyi üstünlük verirlər. Bununla onlar demək istəyirlər ki, onların məqsədi yalnız hüquqların qorunmasına yönəlmiş bir yürüş təşkil etməkdir və bunun Qərbi Avropa ölkələrində keçirilən karnavallarla az əlaqəsi varНиколай Алексеев, организатор Московского гей-прайда: «Я гей-парады не провожу. Я провожу правозащитные акции. <…> Это просто расхожий стереотип. Никогда я не называл это гей-парадом. И ни в одной заявке так не было написано. Да, для СМИ это гей-парад, но не для нас. Для нас это правозащитная акция прежде всего. И так было с самого первого дня. Не только СМИ, но и московские власти захотели обозвать это гей-парадом, чтобы было легче запретить». Мы — не они, они — не мы: про гей-прайды и про честность.GayRussia.ru, 12 февраля 2010.

Tarix 115pxHomofil hərəkatının demonstrasiyası

250px Gey-prayd Nyu-Yorkda (1976-cı il) 1960-ci illərdə amerikalı gey və lezbiyanlar qanuni şəklə salınmış repressiya şəraitində yaşayırdılar. O zaman ABŞ-nin bütün ərazisində həddi-buluğa çatmış insanlar arasında hətta qarşılıqlı razılıq ilə və şəxsi evlərdə baş verən homoseksual əlaqələr cinayət hadisəsi sayılırdı. Müxtəlif ştatlarda cəza pul cəriməsindən iyirmi il həbs cəzasına və yaxud məcburi "müalicə" (axtalanma, lobotomiya, elektrik cərəyanı ilə şok terapiyası və s.) qədər dəyişə bilərdi. Tez-tez polis qəflətən gizli gey-klublara basqın edirdi, daha sonra isə, onlar məhbusların şəkillərini səhər qəzetlərinə yerləşdirirdilər, bu da onların təhsil, mənzil və işini itirmək riski ilə bağlı idiCarter, David (2004). Stonewall: The Riots that Sparked the Gay Revolution, St. Martin’s Press. ISBN 0-312-34269-1Katz, Jonathan (1976). Gay American History: Lesbians and Gay Men in the U.S.A. Thomas Y. Crowell Company. ISBN 0-690-01165-2Adam, Barry (1987). The Rise of a Gay and Lesbian Movement, G. K. Hall & Co. ISBN 0-8057-9714-9.

1969-cu ilin 27-28 iyun tarixində, yəni cümə günündən şənbə gününə keçən gecə, Nyu-York polisi Qrinviç-Villic adlı gey məhəllənin Kristofer strit küçəsində yerləşən Stounvoll-inn adlı gey barda növbəti reyd keçirmişdi. Həbslər başlanılır. Lakin barın ətrafında toplaşmış kütlə gözlənilmədən müqavimət göstərməyə başlayır və polislərə daş və şüşə atırlar. Xüsusi dəstə və etirazçılar arasında başlanılan toqquşmalar səhərə qədər davam etmişdi. Polislə toqquşmalar yenidən ikinci gecə elə həmin miqyasda təkrarlanmış və həftə ərzində daha kiçik sayda etirazçı ilə davam etmişdi. Bu hadisələr Stounvoll üsyanı adını qazanmışdı. Bu üsyan gey və lezbiyanlar arasında mülki hüquqlar uğrunda hərəkatın başlanğıcı sayılır, çünki o, çoxsaylı LGBT-təşkilat və təşəbbüslərin inkişafına təkan verdi. Tarixçi Devid Karterin sözlərinə görə, bu "necə ki Bastiliyanın alınması Böyük Fransa inqilabının başlanğıcı üçün, eləcə də Stounvoll gey-hərəkat üçün eyni böyük tərənnüm idi.

2 noyabr 1969-cu ildə Kreyq Rodvel, onun partnyoru Fred Sargent, Ellen Broidi və Linda Rodes ilk praydın Homofil Təşkilatların Şərqi Regional Konfransının (ERCHO) Filadelfiya toplanrısının qətnaməsi ilə Nyu York şəhərində keçirilməsini təklif etmişdiCarter, p. 230Marotta, pp. 164–165Teal, pp. 322–323Duberman, pp. 255, 262, 270–280.

Bu ideya homofil konservativ hərəkatına müxalif idi, onlar nümayiş keçirərkən açıq-saçıq geyimlərdən imtina etmişdilər, əllərində saxladıqları plakatlarda isə "gey" sözü yox idi. Bu hüquqların müdafiəsi cərəyanların nümayəndələri hesab edirdilər ki, belə taktika onlara etibar verir və cəmiyyətdə daha çox anlayış doğurur. Lakin o, elə də ciddi nəticə verməmişdi. Və faktiki olaraq Kreyqin ideyaları, yeni radikal və gey-azadlıq hərəkatının yaranmasına, eləcə də daha açıq və birbaşa mübarizə metodlarının istifadəsinə təkan vermişdiDuberman, Martin (1993). Stonewall New York, Dutton. ISBN 0-452-27206-8Marotta, Toby (1981). The Politics of Homosexuality. Boston, Houghton Mifflin Company. ISBN 0-395-31338-4.

1970-ci ildə Stounvoll üsyanının ildönümündə bir neçə yüz nümayişçi Kristofer-strit küçəsinə çıxmışdı. Bu aksiya ilk gey-prayd sayılır. İştirakçılar məşğulluq və yaşayış sahələrində geylər arasında ayrı-seçkiliyə yol verən cinayət təqibinə, antihomoseksual hərəkət və qanunlara qarşı etiraz aksiyaları keçirmiş və homoseksualların açıq olmasına dair çağırışlar etmişdilər. Nümayişçilər əllərində plakatlar tutaraq müxtəlif şüarlar qışqırırdılar: "Gizli olmaqdansa aşkar olmaq daha yaxşıdır!", "Biz nə istəyirik? Geylərə azadlıq! Nə vaxt biz bunu istəyirik?! İndi!", "Ucadan de: Mavi qürurludur", "Şkafdan çölə!" və s.. "Geylərin Azadlıq Cəbhəsinin" yaradıcılarından birinin sözlərinə görə, Marş bizim yeni qürurumuzun təsdiq və bəyannaməsi idi (). Bu nümayiş gələn il də təkrarlandı və daha sonra o, Nyu-York şəhərində hər il keçirilən müntəzəm gey-prayda çevridi. 1970-ci ilin yayında oxşar çıxışlar, məsələn, Atlanta, Los-Anceles, San-Fransisko, Çikaqo, Toronto və digər şəhərlərdə də keçirilmişdi. Tədricən, lezbiyanların geylərlə birlikdə mülki hüquqlar uğrunda apardıqları hərəkatlar vüsət alaraq, Stounvoll ildönümünün ABŞ və Kanadanın bütün ərazisində qeyd olunması ilə nəticələnmişdi. İlk gey-praydlar sayca çox az idi, mühafizəkarlar etirazlar doğurur, hakimiyyət isə onların keçirilməsinə maneçilik törədirdilər. Lakin ümumi kontekstdə vətəndaş bərabərliyinin və LGBT-hüquqlarının tədricən cəmiyyət tərəfindən tanınması, mövcud ziddiyətli xarakterin itirilməsinə gətirib çıxartdı. 1978-ci ildə San-Fransiskoda keçirilən səkkizinci gey-prayd üçün rəssam Gilbert Beyker tərəfindən rəngbərəng bayraq yaradılmışdı, bu, bir müddət sonra LGBT-hərəkatının ən çox tanınan və məşhur simvoluna çevrilir. Əvvəlcə amerikalı gey-praydlar "Azadlıq Günü" () və ya "Geylərin Azad Olunması Günü" () adını daşıyır və radikal hüquq-mühafizə ideyalarına söykənirdi. Lakin təxminən 1980-ci illərdə onlar müvafiq olaraq "gey prayd" və "gey-parad" ifadələri ilə əvəz olunmuşdu. Bu, gey-biznesin getdikcə hüquq-mühafizə üzərində daha da güclənən təsirinin nəticəsi idi. Belə təsir başlanğıcda kommersiya və aktivist təşkilatları arasında münaqişələrə gətirib çıxardırdı, lakin sonda hər iki tərəf arasında kompromis əldə olunmuşdu.

Bir qədər sonra gey prayd keçirmək ənənəsi Avropaya gəldi. Belə ki, ilk nümayiş 1970-ci ildə LondondaWalton, Tony (2010), Out of the Shadows, Bona Street Press, ISBN 978-0-9566091-0-6, 1971-ci ildə Parisdə, 1979-cu ildə Berlində, 1983-cü ildə isə Dublində keçirilmişdi. Zaman keçdikcə gey praydlar demək olar ki, Şimali və Cənubi Amerikanın bütün ölkələrində, Avropa, Avstraliya və Yeni Zelandiya, CAR, həmçinin Asiyanın bir sıra ölkələrində (məsələn, Türkiyə, İsrail, Tailand, Hindistan, Yaponiya, Tayvan, Çin) keçirilməyə başladı.

Bununla belə, keçmiş Sosialist düşərgəsi ölkələrinin bir çox şəhərlərində hal-hazırda praydların keçirilməsi, Qərbi Avropa ölkələrindən fərqli olaraq daha gec keçirilməyə başladığından hələ də bir çox çətinliklərlə üzləşir. Belə ki, 2001-ci ildə Belqrad şəhərində keçirilən gey prayd zamanı, iştirakçılar radikalların hücumuna məruz qalmışdı, 2009-cu ildə isə futbol fanatları və ultrasağçılar kütləvi dağıntılar təşkil edərək Serbiya paytaxtında 1 milyon avro məbləğində ziyan vermişdilər. Oxşar hücumlar Bratislava, Buxarest, Budapeşt və Riqada qeydə alınmışdı. Buna baxmayaraq, vaxt keçdikcə, münaqişələr öz gərginliyi azaldır: Belə ki, 2011-ci ildə Zaqrebdəki gey prayd nisbətən sakit keçmişdi. 2005-ci ildə Varşavada keçirilməsi nəzərdə tutulan gey praydı şəhərin vaxtkı meri Lex Kaçinski tərəfindən qadağan edilmişdi, lakin bir neçə min nəfər bütün bunlara baxmayaraq Polşa paytaxtında marş keçirmişdilər. Hakimiyyətin qərarı Avropa İnsan Haqları Məhkəməsinə şikayət edilmişdir və 2007-ci ildə qərara almışdır ki, bütün bu qadağalar qanunsuzdur və özündə ayrı-seçkilik prinsiplərini güdür. 2008-ci ildən Varşavadakı gey praydlar hakimiyyətin maneə olmaması şərti ilə keçirilir. Analoji vəziyyət Moskvada baş vermişdi: 2005-ci ildə gey prayd mer Yuri Lujkov tərəfindən qadağan edilmişdi idi, icazəsiz aksiya iştirakçıları isə polis və neonasistlərin hücumlarına məruz qalmışdı. Bu vəziyyət hər növbəti il təkrar olunurdu. AİHM-ın 2010-cü ildə gey praydın Moskvada qanunsuz qadağası barədə qərar çıxarmasına baxmayaraq, Rusiya hakimiyyəti 2011-ci ildə onun keçirilməsinə yenidən qadağa qoydu.

Məqsəd Gey praydın məqsədləri müxtəlifdir. Qərb ölkələrində LGBT-ictimaiyyətin müxtəlifliyi və birliyi, şəxsi ləyaqət hissinin ifadəsi, həmçinin önun mədəni inkişafının və şəxsiyyət azadlığının təntənəsi kütləvi şəkildə önə çıxır. Gey parad LGBT-şəxslərin açıq olmalarını nümayiş etdirməyə, cəmiyyətdə vizual olaraq onların mövcudluğunu təsdiq etməyə, onlara qarşı daha tolerant münasibətin aşılanmasına, eləcə də insan hüquqları, vətəndaş hüquq bərabərliyi və gender identikliyinin cinsi oriyentasiyasından asılı olmayaraq bütün insanlar üçün eyni şəkildə qorunduğuna çağırır. Ən əsası gey prayd - dinc toplaşmaq, söz azadlığı və özünüifadə hüquqlarını həyata keçirilməsi deməkdir. O, LGBT-şəxslərin probleminə diqqəti cəlb etmək vasitəsi kimi istifadə olunur. Bir çox gey praydlarda qarşıdurma, ayrı-seçkilik, homofobiya, QİÇS epidemiyasının yayılması problemi, eynicinsli nigahların tanınması məsələsi, cinayət təqibi problemi və üçüncü dünya ölkələrində gey və lezbiyanların edamı kimi müxtəlif sosial və siyasi məsələlər tez-tez qaldırılır. Gey prayd ideologiyası