Pol Vilyam Volker IV () — ABŞ aktyoru. "Forsaj" film seriyasında Brayan Okanner obrazını canlandırmışdı.

Həyatı Pol 12 sentyabr 1973-cü ildə Kaliforniya ştatının Qlendeyl şəhərində anadan olub.* Anası Çeril model, atası Pol Vilyam Volker III isə kanalizasiya podratçısı və ikiqat "Qızıl əlcəklər" çempionu olmuş keçmiş həvəskar boksçu idi. Volkerin ata tərəfdən babası Vilyam "irland" Billi Volker də boksla məşğul olmuşdu və həmçinin o, 1960-cı illərdə Ford yarış avtomobili sürücüsü idi.

Volkerin Aimee və Ashlie adlı iki bacısı, Caleb və Cody adlı isə iki qardaşı var. O, həyatının böyük hissəsini Los-Ancelesin Sunland bölgəsində yaşayaraq keçirib və 1991-ci ildə xristian məktəbindən məzun olub. Volker sonralar Cənubi Kaliforniyada yerləşən kollecdə okean biologiyası ixtisası üzrə təhsil alıb.

Ölümü

Pol Volker 30 noyabr 2013-cü ildə Kaliforniyanın Santa-Klarita şəhərindəki Valensiya məhəlləsində dostu Roger Rodas ilə birlikdə avtomobil qəzasında həlak olub. Pol Haiyan tayfununda zərərçəkənlərə yardım üçün xeyriyyə gecəsi təşkil etmişdi. O, geri qayıdarkən avtomobili dostu idarə edirmiş. 40 yaşlı aktyorun qırmızı rəng 2005 Porsche Carrera GT markalı idman maşını güclü sürətlə ağaca çırpılıb. Bundan sonra maşın yanıb. Onlar məclisdə içki və ya narkotik maddə qəbul etməmişdilər, qəza maşında yaranan nasazlıq səbəbindən baş verib.*

Schabner, Dean (November 30, 2013). 'Fast and Furious' Star Paul Walker Killed in Crash" . ABC News.

Filmoqrafiya Plezantvil (1998) Forsaj (2001) Forsaj 2 (2003) Forsaj 4 (2009) Forsaj 6 (2013) Forsaj 7 (2015)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Kaliforniyada vəfat edənlər Kateqoriya:Yol-nəqliyyat hadisəsində ölənlər Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:ABŞ fotomodelləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:ABŞ mesenatları Kateqoriya:ABŞ xristianları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ televiziya aktyorları Kateqoriya:Uşaq aktyorlar