thumbnail|Nilufər Rəhmani (14 may 2013) thumbnail|Nilufər Rəhmani (14 may 2013) thumbnail|Digər pilotlarla birlikdə (14 may 2013) Nilufər Rəhmani (; d. 1992) — 2001-ci ildə "Taliban"ın devrilməsindən sonra Əfqanıstanın ilk qadın pilotu.Dünyanın ən gözəl və cəsur qadın pilotu - FOTOLAR publika.az, 15.04.2015

Həyatı Uşaqlığından pilot olmaq istəyən Nilufər pilot təhsili almaq üçün ilk olaraq ingilis dilini öyrənib. 2010-cu ildə 18 yaşı olarkən Əfqanıstan Hərbi Hava Qüvvələrinə daxil olub və 2012-ci ildə pilot təhsilini başa vurub. Qadın olduğu üçün ona ölü və yaxud da yaralı əsgərləri daşıması qadağan edilib. Lakin o, bir dəfə qadağanı pozsa da, buna görə cəza almayıb.

Nilufər Rəhmani 2001-ci ildə "Taliban"ın devrilməsindən sonra Əfqanıstanın ilk qadın pilotu olub. Özü və ailəsi bir neçə dəfə "Taliban"dan ölüm təhdidləri alsa da hazırda Əfqanıstan Hərbi Hava Qüvvələrində çalışır.

Mükafatları ABŞ Dövlət Departamenti tərəfindən "Beynəlxalq Qadın Cəsarət Mükafatı"na () layiq görülüb. Almaniyanın "Bild" qəzeti tərəfindən 2015-ci ildə dünyanın ən gözəl və ən cəsur qadın pilotunu seçilib.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1992-ci ildə doğulanlar Kateqoriya:Əfqan pilotlar