Mak-Klintok boğazı -Şimal Buzlu okeanında yerləşən, Kanada ərazisində Viktoriya (ada)sını Uels Şahzadəsi adasından ayıran boğaz. Kanadanın şimal-qərbində yerləşir. Boğazın şimalında Vaynavunt-Melvill, cənubunda Viktoriya boğazı, cənub-şərqdə Larsen körfəzi və Franklin boğazı ilə birləşir. Eni 105 – 209 km, uzunluğu 274 km təşkil edir. Adı qütb araşdırmaçısı Frensis Leanold Mak-Klintokun şərəfinə adlandırılmışdır. Şimalda dərinliyi 300 m, cənubda 120 m təşkil edir.

İstinad

Kateqoriya:Şimal Buzlu okeanının boğazları Kateqoriya:Şimali Amerika boğazları Kateqoriya:Kanada boğazları Kateqoriya:Nunavut boğazları Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış boğazlar