Belqorod knyazlığı (; X—XIII əsrlər) — Rusiyanın feodal torpaqlara bölündüyü dövrdə mövcud olmuş qədim rus udel knyazlığı. Knyazlığın paytaxtı Belqorod-Kiyev olmuşdur — o vaxtlar şəhərin adı sadəcə Belqorod idi.

Tarixi 991-ci ildə böyük knyaz Vladimir Svyatoslaviç İrpen çayının sahilində bir qalanın əsasını qoydu və onu Belqorod adlandırdı. Belqorod knyazlığı müstəqil deyildi, onun paytaxtı Kiyevə aparan yolda forpost rolunu oynayırdı. Belqorod Kiyev knyazlarının iqamətgahı, daxili çəkişmələr zamanı sığınacaq yeri idi. 1117-ci ildə Vladimir Monomax Belqoroda öz böyük oğlu Mstislavı rəhbər təyin edirBelqorod knyazlığı. Dünyanın bütün monarxiyaları.

1240-cı ildə Belqorod-Kiyev Monqolların Rusiyaya hücumu zamanı darmadağın edilir. Bundan sonra tarixi salnamələrdə nə knyazlığın, nə də şəhərin adı çəkilir. Bu gün Beloqorodka kəndinin yaxınlığında tarixi şəhərin xarabalıqları qalmışdır.

Tanınmış knyazları Ad Hakimiyyət illəri Böyük Mstislav Vladimiroviç 1117—1125 Svyatoslav Olqoviç 1141—1146 Boris Yuryeviç 1149 —1150 Cəsur Mstislav Rostislaviç 1161—1161 Cəsur Mstislav Rostislaviç 1171—1173 Ryurik Rostislaviç 1173—1194 Qleb Svyatoslaviç 1205—1205 Yaşlı Mstislav Romanoviç 1206—1207

İstinadlar

Xarici keçidlər Belqorod knyazlığı. Rus zadəganlarının genealogiyası http://www.allmonarchs.net/russia/other/belgorod-kievskiy.html Dünyanın bütün monarxiyaları

Kateqoriya:Rus knyazlıqları Kateqoriya:XII əsrdə yaranmış dövlətlər və ərazilər Kateqoriya:XIII əsrdə ləğv olunmuş dövlətlər və ərazilər