Astek təqvimi — tarixin müəyyən dövrlərində Mərkəzi Amerika xalqları tərəfindən qəbul edilmiş zaman ölçüsü.
Haqqında Astek təqvimi ilk dəfə 3500 il bundan əvvəl olmeklər tərəfindən istifadə olunmuş və sonralar Meksikanın mərkəzi hissələrində yaşayan xalqlar, o cümlədən mayyalılar, sapoteklər və asteklər tərəfindən qəbul edilmişdir. Onların təsəvvürlərinə görə bu zaman ölçüsü ilahi mənşəyə malikdir və həmçinin insanlara xoşbəxtliyi, bədbəxtliyi və neytral həyatı bəxş etmək qüdrətinə malikdir.
Asteklər yalnız ilk iyirmi ədədi tanıyırdilar, lakin buna baxmayaraq onlar bu ədədlərin kombinasiyasından çox böyük rəqəmlər alırdılar.
Astek təqvimi hərəsi 20 gündən ibarət olan 18 ayı nəzərdə tuturdu. İl 20x18+5=365 gün idi. Burada 52 illik sikl tətbiq olunurdu. Hər sikl 13 illik 4 dövrəyə bölünürdü. Hər siklin sonunda 13 gün artırılırdı. Beləliklə, hər il üçün orta müddət 365,25 gün alınırdı. Astek təqvimi öz başlanğıcını eramızın 1090-cı ilindən götürmüşdü.Ramiz Əsgər. İqlimdən-iqlimə, təqvimdən təqvimə. Bakı,1987, səh.19–20
Astek təqvimi iki paralel dövrdən ibarət idi: mülki 365 günlük şiupoualli (astek dilində: xiuhpohualli, mənası "il hesabı", uyğun olaraq mayyalılarda xaabu) və ayinlərdən ibarət 265 günlük tonalpoualli (astek dilində: tonalpohualli, mənası "günlərin hesabı və ya "talelrin hesabı", mayyalılarda uyğun olaraq tsolkinu).
Şiupoualli və tonalpoualli hər 52 ildən bir üst-üstə düşərək, "Yeni Alov" adlanan "era" yaradırdı. Asteklər inanırdılar ki, hər 52 illik dövri sistemin soonunda dünya məhv olmaq təhlükəsi ilə üzbəüzdür, ona görə də onlar yeni "era"nı xüsusi təntənəli dini mərasim və ayinlərlə qarşılayırdılar.
Asteklərin inamına görə yüz belə "era" öz növbəsində "Günəş" adlanan 5200 illik yeni eranı təşkil edir. Astek təqviminə görə biz hazırda "Dörd zəlzələ" adlanan beşinci erada yaşayırıq. Astek təqviminə görə beşinci Günəş erası asteklərdə səma, günəş və döyüşçülərin tanrısı olan Tonatiu tərəfindən idarə olunur.Тонатиу // Мифологический словарь/ Гл. ред. Е. М. Мелетинский]]. — М.:Советская энциклопедия, 1990. — 672 с.
Mülki təqvim Asteklərdə mülki və ya kənd təsərrüfatı təqviminin əsasını günəş ili təşkil edir. Bu təqvimə əsasən asteklər dövri kənd təsərrüfatı işləri ilə bağlı ayinlərin və mərasimlərin tarixini və onların davam etmə müddətlərini müəyyən edirlər. Bu təqvimə əsasən il hər biri 20 gün davam edən 18 aydan ibarətdir. Hər həftə 5 gündür.
Müqəddəs təqvim Mülki təqvimlə yanaşı, asteklər tonalpoualli adlandırılan müqəddəs təqvimdən də istifadə edirdilər.*Тоналаматль в кодексе Обен 1576 года
Mənbə Ramiz Əsgər. İqlimdən-iqlimə, təqvimdən təqvimə. Bakı,1987 Сказания о Солнцах. Мифы и исторические легенды науа / Ред. и пер. С. А. Куприенко, В. Н. Талах.. — К.: Видавець Купрієнко С. А., 2014. Талах В. Н., Куприенко С. А. Америка первоначальная. Источники по истории майя, науа (астеков) и инков / Ред. В. Н. Талах, С. А. Куприенко. — К.: Видавець Купрієнко С. А., 2013. — 370 с. Мигель Леон-Портилья, "Философия нагуа" Энциклопедия "Исчезнувшие цивилизации", "Ацтеки: империя крови и величия" Piña Garza, Eduardo, Aritmética del tonalpohualli y del xiuhpohualli . Estudios de cultura Náhuatl, ISSN 0071–1675, № 30, 1999 г., с. 257–266.
Həmçinin bax Mayya təqvimi Qriqori təqvimi Yuli təqvimi Hicri təqvimi Qəməri təqvimi Türk-monqol təqvimi Xalq təqvimi
Xarici keçid Ацтекский календарь Таблица современного календаря и календаря Ацтеков (pdf) Тоналаматль в кодексе Обен 1576 года Описание элементов тоналаматля с иллюстрациями Пантеон ацтекских богов Древняя Мезоамерика Книги об ацтеках и доколумбовых цивилизациях Книги, статьи и фильмы о доколумбовых цивилизациях
İstinad Kateqoriya:Təqvim Kateqoriya:Asteklər