Şimali Afrika kampaniyası () - İkinci dünya müharibəsi zamanı Antihitler koalisiyası və Berlin-Roma-Tokio oxuna daxil olan ölkələr arasında Şimali Afrikada baş vermiş müharibə. Döyüşlər müasir Liviya, Misir, Əlcəzair, Tunis və Mərakeş ərazilərində baş vermişdir. Cəbhələrdəki döyüşlər əsasən Üçüncü Reyx və Böyük Britaniya qüvvələri arasında baş tutub. Şimali Afrika çöllərindəki tank döyüşləri İkinci dünya müharibəsinin müqəddəratına böyük təsir etmişdir.
İstinadlar
Kateqoriya:İkinci dünya müharibəsində Şimali Afrika cəbhəsi