Ağababa Sadıqov (; d. 1875, Şamaxı – 1905, Rusiya) — poruçik, Port Artur müharibəsi iştirakçısı, qəhrəman döyüşçü.

Həyatı Ağababa Sadıqov 1875-ci ildə Şamaxının Ərdəbilli məhəlləsində ziyalı ailəsində anadan olub. Atası Hacıbabanın Peterburq və Moskvada ipək dükanı varmış.Şəmistan Nəzirli "General Əli ağa Şıxlinski və silahdaşları" (Hərb tarixindən araşdırmalar) , Bakı, "Şərq-Qərb", 2012. səh.32-33

1903-cü ilin əvvəllərində igid poruçik Ağababa Peterburqdakı Mixaylov topçuluq məktəbini bitirib. 1905-ci ilin əvvəllərində igid poruçik Ağababa Sadıqovun həlak olması haqqında qara kağız da alınıb.

Tədqiqatçı Şəmistan Nəzirli "General Əli ağa Şixlinski və silahdaşlari" kitabında yazır: "Aleksandr Stepanovun "Port-Artur", P.Larenkonun "Port-Arturun əzablı günləri" və Trofim Borisovun "Portarturçular" romanlarında bir azərbaycanlı soyadına da rast gəlinir – poruçik Sadıqov. Bu əsərlərdə poruçik Sadıqovun əzablı döyüş yolu yazıçılar tərəfindən maraqla izlənilir. Hətta P.Larenkonun 1906-cı ildə Peterburqda nəşr olunmuş "Port-Arturun əzablı günləri" (II cild) sənədli əsərində yaralanmış poruçik Sadıqovun hospitalda müalicə olunduğu vaxtda iki dəfə fotoşəkli də dərc olunub. Döyüşlərdə mətanət və mərdliklə vuruşan poruçik Sadıqov qəhrəmanlıqla həlak olub."

Ədəbiyyat Şəmistan Nəzirli. "Kommunist" qəzeti, 1984, 9 sentyabr. Şəmistan Nəzirli. "Azərbaycan generalları." Bakı, "Gənclik", 1991.

İstinadlar

Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:Şamaxı rayonunda doğulanlar Kateqoriya:Rusiyada vəfat edənlər