Cakao boğazı — Sakit okeanın Karonados və Ankud körfəzlərini birləşdirir. Ciloe adasını materikdən (Çili)Çili xəritəsi, QUQK 1986 il ayırır. Parqua şəhəri və materik arasında bərə fəaliyyət göstərir. Boğazın uzunluğu 26 km-ə yaxındır, eni 1,852 (şərq), 4,65 km (qərb) təşkil edir. Sahilləri uca və sıldırımlıdır. Ölkənin 200 illiyi münasibət ilə əlaqədar körpü (2635) inşa edilməsi planlaşdırılır. Naviqasiya left|thumb|220px|Boğazda fəaliyyət göstərən bərə
Boğazın dərinliyi çox iri gəmilərin fəaliyyətinə imkan verir. Fevral-aprel ayları ərazidə güclü dumanlar müşahidə edilir. Güclü axınlarda naviqasiyaya müəyyən maneələr törədir. Boğaz daxilində Donya-Sebastyan, Korinos və Lakao adaları vardır. Axınların sürəti 3–5 km/s-a çatır. Boğaz daxilində Liberiyaya məxsus olan batmış Andros Koral gəmisinin gövdəsi görünür.
Tarixi 1553-cü ildə ispan donanmasının zabiti Fransisko de Uloa ilk dəfə boğazdan keçmişdir. 1567-ci ildə ərazidə ilk liman olan San-Antonio-de-Cakao inşa edilir. 1602-ci ildə Migel, 1603-cü ildə isə San-Antonio hərbi şəhərcikləri salınır. Bir müddət sonra yeni-yeni koloniyalar inşa edilir.
İstinad
Kateqoriya:Sakit okeanın boğazları Kateqoriya:Cənubi Amerika boğazları Kateqoriya:Çili boğazları