Camek məscidi () — Malayziyanın paytaxtı Kuala-Lumpurda yerləşən tarixi məscidlərdən biri. Məscid Klanq və Qombak çaylarının birləşdiyi yerdə yerləşir. Məscidin memarı Artur Benison Habbekdir.

Tarixi Məscidin tikintisi 1907-ci ildə başa çatıb. Lakin inşaat işlərinin başa çatmasından iki il sonra 1909-cu ilin 23 dekabrında məscidin rəsmi açılışı olub. Selenqor sultanı Sultan Ələddin Süleyman Şah rəsmi açılış mərasimində iştirak edib. Məscid şəhərdə birinci Malay məzarlığının yerində inşa edilib. Malayziyanın milli məscidi olan Neqara məscidinin 1965-ci ildə açılış mərasiminə kimi Camek məscidi ölkənin əsas məscidi hesab edilirdi.

Memarlığı Məscidin memarlığı Mavritan, İslam, Moğol memarlıq üslublarının qarışığıdır. İbadət zalının ətrafinda ümumilikdə üç günbəz var. Mərkəzi günbəz ən hündür günbəzdir və hündürlüyü 21.3 metrdir. Mərkəzdəki ən hündür günbəz 1990-cı illiərdə dağılmasına baxmayaraq, sonra yenidən bərpa olunub. Məscidin künclərində iki qırmızı və ağ zolaqlı minarələr yerləşir. Başları çətirə oxşayan bu minarələrin hündürlüyü 26.8 metr təşkil edir.

İstinadlar

Kateqoriya:Malayziya məscidləri Kateqoriya:İslam