Tribunal (latın tribunal-divanxana; Məhkəmə; əsas mənası: Qədim Romada mühüm vəzifəli şəxslərin-konsulların, pretorların xidməti vəzifələrini yerinə yetirməkdən ötrü oturduqları hündür yer, təpə)
İnqilab dövründə, bəzi dövlətlərdə (Böyük Fransa İnqilabi, Böyük Oktyabr İnqilabı) — əksinqilaba və xüsusilə təhlükəli cinayətlərə qarşı mübarizə aparmaq üçün təsis edilmiş fövqəladə Məhkəmələr; Hərbi Tribunallar -hərbi cinayətləri: hərbi qüvvələrin təhlükəsizliyi; hərbi nizam, hərbi xidmət qayda pozuntularını araşdıran Məhkəmələr; Beynəlxalq Hərbi Tribunallar -İkinci Dünya müharibəsi bitdikdən sonra (1945), SSRİ, ABŞ, İngiltərə və Fransa dövlətlərinin birgə razılığı ilə təsis olunmuş, əsas hərbi canilərini təqib edən və cəzalandıran Məhkəmələr (Nyurnberq və Tokio prosesləri); Fransada, İtaliyada birinci instansiya Məhkəməsi və barışdırıcı Məhkəmənin baxdığı işlər üzrə appelyasiya Məhkəmə instansiyası; bəzi Ali Məhkəmələrin adı.
Həmçinin bax Tribuna
Xarici keçidlər
Kateqoriya:Məhkəmələr Kateqoriya:Hüquq Kateqoriya:Növlərinə görə məhkəmələr Kateqoriya:Hüquq tarixi Kateqoriya:Hüquqi terminlər