Elvin Mürsəliyev () — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 2015-ci il Avropa Oyunlarının qalibi.
Karyerası Elvin Mürsəliyev 2005-ci ildə Albaniyanın Tirana şəhərində yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib oldu. 2006-cı ildə Elvin Mürsəliyev 17 yaşında Avropa Çempionatlarında debüt etdi. Rusiyada baş tutan turniri Elvin Mürsəliyev 15-ci pillədə başa vurdu. 2006 və 2007-ci illərdə gənclər arasında Avropa Çempionatlarında müvafiq olaraq 12-ci və 7-ci pillələrdə qərarlaşan Elvin Mürsəliyev 2007-ci ilin avqustunda gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu. Həmin ilin sentyabrında isə 18 yaşlı Elvin Mürsəliyev Dünya Çempionatlarında debüt etdi. Amma bu debüt uğursuz oldu və o, turniri 45-ci pillədə başa vurdu. 2008-ci ildə isə Elvin Mürsəliyev İstanbulda gənclər arasında Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.
2009-cu ilin əvvəlində Elvin Mürsəliyev Fransada Kristo Lutte beynəlxalq turnirində gümüş medala sahib olsa da, il ərzində Avropa Çempionatı və Qızıl Qran-Pri beynəlxalq turnirini müvafiq olaraq yeddinci və beşinci pillələrdə başa vurdu. 2010-cu ilin aprelində isə Elvin Mürsəliyev Azərbaycanda baş tutan Avropa Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.
2011-ci ildə Elvin Mürsəliyev ciddi uğura imza ata bilmədi və sadəcə Qızıl Qran-Pri beynəlxalq turnirinin gümüş medalına sahib oldu. 2012-ci ildə də Elvin Mürsəliyev uğura imza ata bilmədi və il ərzində sadəcə Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib oldu. 2013-cü ildə isə Elvin Mürsəliyev Universiada Oyunları və Qızıl Qran-Pri beynəlxalq turnirində ümumiyyətlə medala sahib ola bilmədi.
2014-cü il isə Elvin Mürsəliyev üçün uğurlu oldu. İli əvvəlində, yanvarda İranda Yadigar İmam beynəlxalq turnirini beşinci pillədə, fevralda da İstanbulda Vəhbi Əmrə beynəlxalq turnirini bürünc medalla başa vuran Elvin Mürsəliyev apreldə Finlandiyanın Vantaa şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. İyulda isə Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi olan Elvin Mürsəliyev sentyabrda Dünya Çempionatının bürünc medalına sahib oldu.
Karyerasının zirvəsi isə 2015-ci ildə oldu. Elvin Mürsəliyev ilin əvvəlində Paris şəhərində Fransa Qran-Prisinin qalibi oldu. İyunda isə Elvin Mürsəliyev Azərbaycanda baş tutan Avropa Oyunlarında bütün rəqibləri üzərində qələbə qazanaraq qızıl medalın sahibi oldu. Təltifetmə mərasimi zamanı qızıl medalı ona Azərbaycan Prezidenti İlham Əliyev təqdim etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Elvin Ədalət oğlu Mürsəliyev "Şöhrət" ordeni ilə təltif edildi.
Avropa Oyunlarından sonra Elvin Mürsəliyev sentyabrda Birləşmiş Ştatların Las-Veqas şəhərində Dünya Çempionatını beşinci pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Noyabrda isə Elvin Mürsəliyev Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib oldu.
2016-cı ilin martında Elvin Mürsəliyev Latviyanın Riqa şəhərində Avropa Çempionatında mübarizə apardı və turniri beşinci pillədə başa vurdu. Avqustda isə Elvin Mürsəliyev Azərbaycanı olimpiada da təmsil etdi. Elvin Mürsəliyev olimpiadanın təsnifat mərhələsində Misir nümayəndəsi Mahmud Fevzi ilə üz-üzə gəldi. Görüşün birinci hissəsində Elvin Mürsəliyev rəqibinə minimal fərqlə (0:1) məğlub olsa da, növbəti hissədə rəqibinə qarşı fənd tətbiq etdi və nəticədə rəqibi üzərində 2:1 hesabı ilə qələbə qazandı. Bununla da Elvin Mürsəliyev olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Qazaxıstan nümayəndəsi Doscan Kartixov oldu. Doscan Kartixov Dünya Çempionatının bürünc medalçısı idi. Həmin görüşdə Elvin Mürsəliyev rəqibi üzərində 5:1 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Macarıstan nümayəndəsi Peter Baçsi oldu. Peter Baçsi 2014-cü il Dünya və Avropa Çempionatlarının qalibi idi. Həmin görüşdə Elvin Mürsəliyev rəqibinə 0:5 hesabı ilə məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazanmadığına görə Elvin Mürsəliyev təsəlliverici qrupda mübarizə aparmadı və nəticədə Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Olimpiadadan sonra Elvin Mürsəliyev noyabrda Qızıl Qran-Pri beynəlxalq turnirinin gümüş medalına sahib oldu. 2017-ci il ərzində Elvin Mürsəliyev Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının qalibi oldu və Fransada Dünya Çempionatını bürünc medalla başa vurdu.
Elvin Mürsəliyev 2018-ci il ərzində Kiyevdə şəhər beynəlxalq turnirinin və İstanbulda Vəhbi Əmrə beynəlxalq turnirinin, həmçinin Rusiyada Avropa Çempionatının bürünc medallarına sahib olsa da, ilin əsas turnirində — Macarıstanda baş tutan Dünya Çempionatında uğursuz çıxış etdi və turniri 8-ci pillədə başa vurdu.
2019-cu ildə də Elvin Mürsəliyev ciddi uğura imza ata bilmədi. Dünya və Avropa Çempionatlarında uğursuz çıxış edən Elvin Mürsəliyev sadəcə Gürcüstanda beynəlxalq turnirdə bürünc medala sahib ola bildi. Elə həmin il Elvin Mürsəliyev idmanla vidalaşdı.
Karyerasını başa vurandan sonra Elvin Mürsəliyev məşqçi olaraq çalışdı.
Nəticələri
SıraİlYarışEv sahibiNəticə12005Yeniyetmələrin Avropa Çempionatı Albaniya3.22006Yadigar İmam Turniri İran5.3Avropa Çempionatı Rusiya15.4Gənclərin Avropa Çempionatı Macarıstan12.52007Gənclərin Avropa Çempionatı Serbiya7.6Gənclərin Dünya Çempionatı Çin2.7Dünya Çempionatı Azərbaycan45.82008Gənclərin Dünya Çempionatı Türkiyə1.92009Kristo Lutte Turniri Fransa2.10Avropa Çempionatı Litva7.11Qızıl Qran-Pri Azərbaycan5.122010D. Kolov - N. Petrov Turniri Bolqarıstan8.13Avropa Çempionatı Azərbaycan2.14Qızıl Qran-Pri Azərbaycan15.152011Macarıstan Qran-Prisi Macarıstan12.16Qızıl Qran-Pri Azərbaycan2.172012İstanbul Qran-Prisi Türkiyə7.18Avropa Çempionatı Serbiya10.19Qızıl Qran-Pri Azərbaycan3.202013Universiada Oyunları Rusiya5.21Qızıl Qran-Pri Azərbaycan7.
SıraİlYarışEv sahibiNəticə222014Yadigar İmam Turniri İran5.23Vəhbi Əmri Turniri Türkiyə3.24Avropa Çempionatı Finlandiya3.25Qızıl Qran-Pri Azərbaycan1.26Dünya Çempionatı Özbəkistan3.272015Fransa Qran-Prisi Fransa1.28Avropa Oyunları Azərbaycan1.29Dünya Çempionatı ABŞ5.30Qızıl Qran-Pri Azərbaycan3.312016Avropa Çempionatı Latviya5.32Olimpiya Oyunları Braziliya7.33Qızıl Qran-Pri Azərbaycan2.342017İslam Həmrəyliyi Oyunları Azərbaycan1.35Dünya Çempionatı Fransa3.362018Kiyev Turniri Ukrayna3.37Avropa Çempionatı Rusiya3.38Vəhbi Əmri Turniri Türkiyə3.39Dünya Çempionatı Macarıstan8.402019Vəhbi Əmri Turniri Türkiyə8.41Avropa Çempionatı Rumıniya22.42G. Kartozia & V. Balavadze Turniri Gürcüstan3.43Dünya Çempionatı Qazaxıstan16.
İstinadlar
Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri Kateqoriya:Azərbaycanın olimpiya güləşçiləri Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2015 Avropa Oyunlarında güləşçilər Kateqoriya:2015 Avropa Oyunlarında qızıl medal qazananlar Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Avropa Oyunlarının qızıl medalına sahib Azərbaycan idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Güləş üzrə İslam Həmrəyliyi Oyunlarının medalçıları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar