Yanina Batırşina (; 7 oktyabr 1979, Daşkənd, Özbəkistan SSR) — Rusiyanın əməkdar idman ustası, bədii gimnastı və teleaparıcısı. Olimpiya oyunlarının gümüş mükafatçısı, yeddiqat dünya, beşqat Avropa çempionu.ДОСТИЖЕНИЯ - официальный сайт Яны Батыршиной

Həyatı Yana Daşkənddə anadan olub. Tatar və yəhudi köklərə (atası - tatar, anası - yəhudiО происхождении Яны Батыршиной. Яна Батыршина. Биография , Sem40 ) malikdir. Beş yaşından (1984) bədii gimnastika ilə məşğul olmağa başlayıb. İlk məşqçisi Valentina Andreyevna Çernova olub.

Atletika Karyerası Doqquz yaşında olarkən mürəkkəb seçimlərdən sonra Özbəkistan SSR yığmasına daxil olub. Bir il sonra SSRİ-nin gənclərdən ibarət yığmasına qəbul edilmişdir. SSRİ dağıldıqdan sonra valideynləri ilə birlikdə Rusiyaya köçmüş və burada İrina Viner-Usmanovanın rəhbərliyi altında, Rusiya yığmasının üzvü kimi Novoqor gimnastika mərkəzində idmanla məşğul olmağa davam etmişdir.

İdman karyerası ərzində 180 medal qazanıb, bu mükafatlar arasında 1996-cı ildə Atlantada keçirilmiş Olimpiya oyunlarının gümüş mükafatı, dünya çempionatının 7 qızıl medalı, Avropa çempionatının 5 qızıl medalı, habelə daha 40 kubok vardır. 1997-ci ildə "Vətən qarşısında xidmətlərinə görə" ordeninin II dərəcəsi ilə təltif edilib. 1998-ci ildə, 19 yaşı olarkən böyük idmandan getmişdir.

20 yaşında olarkən bədii gimnastika üzrə Braziliya yığmasının baş məşqçisi olub.Яна Батыршина: «Я смотрела на Тимура Вайнштейна и думала: «По-моему, этот парень станет моим мужем»

İdmandan sonrakı karyerası 2000-ci ildə televiziya karyerasına başlayıb. "16-ya qədər və daha böyük" proqramının aparıcısı olmuşdur. "Stolitsa" kanalında idman buraxılışları xəbərlərini aparmışdır. 2002-ci ildən 2009-cu ilədək "Rossiya" telekanalında — "Xəbər-İdman" və "Xəbər-İdman. Yerli Vaxt. Moskva" informasiya proqramlarının aparıcısı olmuşdur.

"Fort Boyard" (2003), "Xalq artisti" (2004), "İdmanla məşğul ol" (2010) televiziya verilişlərinin, həmçinin "Şöhrət" milli idman mükafatının (2003, 2004, 2006, 2008-ci illərdə) aparıcısı olmuşdur.

2010-cu ildə Kanadanın Vankuver şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarında Soçi-2014 rus evinin aparıcısı olmuşdur. 2013-2016-cı illər ərzində "Karusel" kanalında yayımlanan, məktəblilər üçün intelektual şou olan "Tək hamıya qarşı" verilişinin aparıcısı olmuşdur.

Şəxsi həyatı 2004-cü ildəТекст от 10 июля 2011 года prodüser, "Parni iz Baku" şən və hazırcavablar klubu komandasının sabiq üzvü Timur Vaynşteyn ilə ailə həyatı qurub. Onların toy mərasimi iki şəhərdə — Moskva və Bakıda baş tutub. Cütlüyün Məryəm və Ayla adında iki qızı və Leonid adlı bir oğulları var.

İctimai fəaliyyəti 2010-cu ilin yayından "Təmiz idman səfirləri" anti-dopinq layihəsinin səfirlərindən biridir.

2017-ci ilin dekabrında Rusiyanın hazırkı prezidentinin siyasətini dəstəkləyən — Putin Team komandasının sıralarına qoşulub.

2019-cu ildə Bakıda keçirilmiş bədii gimnastika üzrə dünya çempionatının səfiri olub.

İstinadlar

Xarici keçidlər Rəsmi saytı

Kateqoriya:Rusiya idmançıları Kateqoriya:Daşkənddə doğulanlar Kateqoriya:Rusiyanın əməkdar idman ustaları Kateqoriya:II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninin medalı ilə təltif edilənlər Kateqoriya:Rusiya yəhudiləri Kateqoriya:1996 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya gümüş medalına sahib Rusiya idmançıları Kateqoriya:Rusiyanın olimpiya gimnastları Kateqoriya:Olimpiya medallı gimnastlar Kateqoriya:1996 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:Bədii gimnastika üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Bədii gimnastika üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Rusiyanın bədii gimnastları Kateqoriya:Bədii gimnastlar 1996 Yay Olimpiya Oyunlarında