Küzəcik — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 10 km məsafədə,Kəvər çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdirПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.153.

Toponim bayat boyundan olan güzücəkli etnonimiSümər Faruq. Oğuzlar, Bakı, «Yazıçı», 1992. s.233 əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancaxpyur (dağ ətəyindən axan bulaq) qoyulmuşdur.

Əhalisi Burada tarixən azərbaycanlılar yaşamışdır. 1828-30 - cu illərdə Türkiyədən köçürülən ermənilər kənddə yerləşdirilmişdirШопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.595-598.

Küzəcik kəndindən azərbaycanlılar XX əsrin əvəllərində, 1905-1906-cı illərdə deportasiya edilmişdir. Burada 1918-ci ildə 119 nəfərИстория Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.216, 1926-cı ildə 1 nəfər azərbaycanlı olmuşdur.

İstinadlar

Kateqoriya:Göyçə kəndləri