Bazarcıq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.
Tarixi Rayon mərkəzindən 15 km cənub-qərbdə, İrəvan-Abaran yolunun sol tərəfində, Abaran çayının sağ sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəfətəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.113, Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.28 qeyd edilmişdir. 1590-cı ildən mə'lumdur
Toponimi Toponim kiçiltmə mənası bildirən -cıq şəkilçisinin bazar (basar) türk etnoniminəГейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, "Элм", 1986. s.61 qoşulması yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15. VI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Arayi (Arik) qoyulmuşdur. Gətirilmə addır. Qars əyalətinin Kaqızman dairəsində Bazarcik kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
Əhalisi Ermənilər buraya 1829–30-cu illərdə Türkiyənin Muş, Alaşkert və Bulanixdən köçürülmüşdürHakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.389, lakin 1878-ci ildə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid mə'lumata görə kəndin əhalisi erməni idi. 1590-cı ildən məlumdur. 1878-ci ildə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi erməni idi. 1946-cı ildə kənd ermənicə Arik adlandırılmışdır. Gətirilmə addır. Qars əyalətinin Kaqızman dairəsində Bazarcik kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
İstinadlar
Kateqoriya:Abaran kəndləri Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri