Cənub And maralı () — And maralının iki yarımnövündən biridir. Cənubi Amerikanın cənubunda Çili və Argentina ərazisində yaşayan emdemik canlı.

Bu növ marallar And dağlarında 3—5 min metr yüksəklikdə yaşayır. Onlar qrup halında yaşayır. Bu qruplar 2-8 maraldan ibarət olur. Yay ayları dağlara istiqamətlənirlər. Qışda isə 1000 metr səviyyəsinə qədər enirlər . Bəzən dəniz səviyyəsinə qədər enirlər. Günorta qayaların üzərinə çıxırlar. Cənub And maralının ümumi sayı 1048—1500 başdır (101 qrup), Argentinada — 600-700 baş ( 63 qrup). Saylarında azalma müşahidə edilir. Bu səbəbdən Ümumdünya Qırmızı kitabа daxil edilib.

Cənub And maralı Çili gerbi də əks olunması.

Xariçi görünüş And maralı dağlıq şəraitə uyğunlaşmışdır. Əzələli bədən quruluşuna malik olaraq qısa ayaqlara malikdir. Qəhvəyi və açıq-qəhvəyi, boğazı isə ağ ləkələrlə örtülüdür. Bədənin uzunluğu 1,4 — 1,6 m, buynuzu 80—90 sm, çəkisi 70—80 kq.

Ədəbiyyat Latın Amerikası, tom 2, hazırlandı «Sovet ensiklopediyası», Moskva, 1982, səh.513

İstinadlar

Kateqoriya:Marallar Kateqoriya:Çili məməliləri Kateqoriya:Argentina məməliləri Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər