Qalasar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor)Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 27 km məsafədə, Aysəsi dərəsinin qərbində yerləşir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Əsli Qalahasar. Kəndin yaxınlığındakı siklopik qalaçanın adındandır. Ermənistan ərazisində çoxlu miqdarda yaşayış məntəqə adlarında е.əv. III–II minilliklərə aid olan tsiklopik tikintilərin xalq arasında ifadəsi olan "qalaca", "qalacıq", "hasar" sözləri vardır. Azərbaycanda Qazax, Qubadlı, Kəlbəcər, Tovuz, Xanlar, Şərur və b. rayonların ərazilərində də 120-yə qədər kobud yonulmuş, dördkünc formalı nəhəng daşlardan hörgü tikintilər vardır. Bax: Hisar.
Toponimi Toponim qala sözü ilə türk toponimiyasında "əsas, baş, yuxarı, böyük" mənasında işlənən sar sözündənИстория анонимного повествования псевдо Шапух Багратуни. Пер. с. др. армянского М.О. Дарбинян-Меликян. Ереван, 1971.Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.496 əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.
Əhalisi Kənddə 1873-cü ildə 108 nəfər, 1886-cı ildə 154 nəfər, 1897-ci ildə 184 nəfər, 1904-cü ildə 154 nəfər, 1914-cü ildə 170 nəfər, 1916-cı ildə 248 nəfər yalnız azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.92–93, 160–161. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar doğma evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 46 nəfər, 1926-cı ildə 104 nəfər, 1931-ci ildə 142 nəfər yalnız azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.93, 161. 1988-ci ilin noyabr ayının sonlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Görkəmli şəxsiyyətləri İsa Alıyev — İqtisadiyyat İnstitutunun direktoru, İ.e.doktoru.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri Kateqoriya:Vayots dzor mərzinin yaşayış məntəqələri