Donuzgirən (?-03.01.1935), Zəngilər (03.01.1935-19.04.1991), Zorak (19.04.1991-indi) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 4 km şimal-qərbdə, Zəngi çayının sol sahilində yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Donuzyeyən formasındaİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.161, 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə kəndin adı Donuzpayanİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.36, Qafqazın 5 verstlik xəritəsində Donquzian formasındaПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.88 qeyd edilmişdir.

Toponim donuz heyvan adına «girən» (daxil olan mənasında) feli sifətinin artırılması ilə düzəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Toponimi Zəngilər toponimi də türk mənşəlidir. Türk əsilli zəngilər nəsil adı ilə bağlıdır. F.Sümər yazır: «Əlcəzair və Suriyə hakimləri olan zəngilər də türk məmlük ailəsindən idilər»Sümər Faruq. Oğuzlar, Bakı, «Yazıçı», 1992. s.123.

Ərəb ölkələrindəki məmlük türkləri qıpçaq tayfalarıdırZeynalov F. Türkologiyanın əsasları, Bakı, «Maarif», 1981. s.26. Deməli, zəngilər qıpçaq tayfalarından biridir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Adı haqqında Kəndin adı 3 yanvar 1935-ci ilə kimi kəndin adı Donuzgiən (Donuzgirən) olmuşdur.

Erm. SSR AS RH-nin 03.01.1935-ci il fərmanı ilə adı dəyişdirilib Zəngilər qoyulmuşdur.

Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Zorak qoyulmuşdur.

Əhalisi Kənddə 1831-ci ildə 355 nəfər, 1873 - cü ildə 905 nəfər, 1886-cı ildə 1012 nəfər, 1897-ci ildə 1077 nəfər, 1908-ci ildə 1131 nəfər, 1914 - cü ildə 1464 nəfər, 1916-cı ildə 864 nəfər yalnız azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.48-49, 128-129.

1918-ci ildə erməni təcavüzünə məruz qalan kənd sakinləri deportasiya olunmuş, yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra onlar öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 399 nəfər, 1926-cı ildə 493 nəfər, 1931-ci ildə 518 nəfər, 1987-ci ildə 2050 nəfər azərbaycanlı yaşamışdır.

1988-ci ildə noyabr-dekabr aylarında kənd sakinləri Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Zəngibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri