Komrat Dövlət Universiteti () — Moldovanın Qaqauziya muxtar ərazinin paytaxtı olan Komrat şəhərində yerləşən ali təhsil müəssisəsi.
Tarixi Komrat Dövlət Universiteti 1991-ci ildə yaradılmışdır.
Tədris Burada bütün tələbələr Qaqauziyanın rəsmi dili olan qaqauz dilini öyrənməli olsa da, dərslərin əksəriyyəti rus dilində keçirilir. Amma "Qaqauz dili və ədəbiyyatı" fənni qaqauz dilində keçilir və əlavə olaraq, kurs sənədləri və dissertasiyalar bu dildə yazılır.
Rektorları thumbnail|Keçmiş rektoru Mihail Daradur Dionis Tanasoqlu İvan Kristioqlo Mihail Daradur Zineyda Arikova Serghei Zaharia
Azərbaycan Tədris Mərkəzi Azərbaycan Tədris Mərkəzi 2008-ci ildə Azərbaycanın Moldova səfirliyinin təşəbbüsü ilə açılmışdır.Азербайджанский центр / Azərbaycan Tədris Mərkəzi . kdu.md, Bu vaxta qədər isə bu Universitetdə 2007-ci ildə Azərbaycan tədris otağının yaradılmışdır.SƏFİRLİK QAQAUZİYA İLƏ MÜNASİBƏTLƏRİ İNKİŞAF ETDİRİR . 12.09.2007, azertag.az Səfirlik otağa kompüter dəsti, Azərbaycanın dövlət rəmzlərini, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin portretlərini, müxtəlif ədəbiyyat hədiyyə etmişdir.
Mərkəz müxtəlif texnika ilə, kitablarla, şəkillərlə təchiz edilmişdir. Burada Azərbaycanın tarixini, folklorunu, dilini və ədəbiyyatını öyrənmək üçün kifayət qədər kitab və bukletlər var. Azərbaycan mədəniyyətini, memarlığını tanıtmaq üçün Mərkəzdə müxtəlif vidio-audio materiallar və şəkillər mövcuddur. Azərbaycan milli bayramlarını tanıtmaq üçün Mərkəzdə Novruz bayramını təşkil edilmişdir.
Dəfələrlə Azərbaycan Tədris Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın Moldovadakı səfiri İsfəndiyar Vahabzadənin Komrat Dövlət Universitetində dərs verməsi təşkil edilmiş və bu da Azərbaycan xalqını buranın tələbələrinə daha dərindən tanıtmağa yardımçı olmuşdur.
Universitetdə Azərbaycanlı tələbələr də təhsil alırlar. Gələcəkdə belə tələbələrin sayının artdırılması planlaşdırılır. Həmçinin gələcəkdə Azərbaycan dilini öyrənmək istəyən tələbələr üçün burada Azərbaycan dilinin tədrisi də planlaşdırılmışdır.
Xarici əlaqələri Qafqaz Universitetlər Birliyinin üzvüdür.Tüm Uyeler . kunib.com
Şəkilləri
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Moldova universitetləri Kateqoriya:Komratda təhsil Kateqoriya:1991-ci ildə yarananlar