Azərbaycan — 2006-cı ildə İtaliyanın Turin şəhərində baş tutan XX Qış Olimpiya Oyunlarında. Azərbaycan XX Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 1 idman növündə təmsil olundu.

Nəticələri Fiqurlu konkisürmə

Q — növbəti mərhələyə adladı

Bu idman növü üzrə turnirdə Azərbaycanı Kristin Freyzer & İqor Luxanin cütlüyü təmsil etdi. Bu idman növü üzrə turnir 11-24 fevralda baş tutdu. Fevralın 17-də buzüstü rəqs turnirində Kristin Freyzer & İqor Luxanin cütlüyü mübarizə apardı. Məcburi rəqsdə 28.28 balla 20-ci, orijinal rəqsdə isə 44.84 balla 18-ci pillənin sahibi olan Kristin Freyzer & İqor Luxanin cütlüyü, fevralın 20-də baş tutan sərbəst rəqsi 77.14 balla 17-ci pillədə başa vurdu. Nəticədə Kristin Freyzer & İqor Luxanin cütlüyü Turin Olimpiadasında 150.26 balla 18-ci pillədə qərarlaşdı.

İdmançıYarışMəcburi rəqsOrijinal rəqsSərbəst rəqsÜmumiNəticəYerNəticəYerNəticəYerNəticəYerKristin Freyzer & İqor LuxaninBuzüstü rəqs28.282044.841877.1417150.2618

İstinadlar

Kateqoriya:İllərinə görə Azərbaycan Qış Olimpiya Oyunlarında Kateqoriya:2006-cı ildə Azərbaycanda idman Kateqoriya:Ölkələr 2006 Qış Olimpiya Oyunlarında