İmre Laslotski — Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən)İlham Əliyev Macarıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib . president.az, 29.09.2015

Həyatı İmre Laslotski 1961-ci ildə anadan olmuşdur.Macarıstanın Azərbaycandakı yeni səfiri məlum oldu . trend.az, 17.06.2015

Moskva Dövlət Universitetinin və Hollandiyanın Beynəlxalq Əlaqələr İnstitutunun məzunudur.

Diplomatik karyerasına Macarıstan XİN-də məruzəçi vəzifəsi ilə başlamış, daha sonra Nazirliyin departamentlərindən birinə baş direktor təyin edilmişdir.

O, Macarıstanın Küveyt, Mərakeş, Liviyadakı diplomatik missiyalarında çalımış və ölkəsinin Tacikistan, Qırğızıstan və Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri olmuşdur.

2015-ci ilin sentyabr ayından Macarıstanın Azərbaycandakı səfirliyinə başçılıq edir.

Şəxsi məlumatlar Evlidir, 2 uşağı var.

İngilis, rus, ərəb, portuqal və italyan dillərini bilir.

İstinadlar

Kateqoriya:Moskva Dövlət Universitetinin məzunları Kateqoriya:Macarıstanın Tacikistandakı səfirləri Kateqoriya:Macarıstanın Qırğızıstandakı səfirləri Kateqoriya:Macarıstanın Qazaxıstandakı səfirləri Kateqoriya:Macarıstanın Azərbaycandakı səfirləri