Paleontologiya tarixi canlı orqanizmlərin qalıqları əsasında Yer kürəsində həyatın yaranması şəraitini və onun inkişaf mərhələlərini öyrənir. Paleontologiya elminin əsas vəzifələrindən biri canlı orqanizmlərin inkişaf tarixinin öyrənilməsi ilə bağlı olduğundan onu biologiya elminin bir hissəsi hesab etmək olar, lakin Yer kürəsinin özünün tarixini tədqiq etdiyinə görə paleontologiya, həm də geologiya elmi ilə sıx əlaqədardır. XVII əsrə qədər Qədim dövrlərdə yunan mütəfəkkiri Ksenofan (e.ə.570-480) vaxtilə quruda yaşamış, sonralar su altında qalmış ərazilərdə aşkar edilmiş dəniz canlılarının (molyuskların) qalıqlarından yazmışdırDesmond p. 692—697..

Yunan filosofu Aristotel (e.ə. 384-322) hesab edirdi ki, daşlaşmış canlı orqanizm qalıqları nəm və ilıq lildən əmələ gəlmişdir. O formanı isə onlara təbiətin plastik və forma əmələ gətirən qüvvələri vermişdir. Aristotelin nəzəriyyəsinə görə, həmin qalıqlar canlı və qeyri-canlı təbiət arasında keçid formalarıdır.

Orta əsrlərdə görkəmli mütəfəkkir İbn Sina özünün "Şəfa kitabı" əsərində (1027) daşlaşmış canlı orqanizmlərdən danışarkən, bu qalıqların müxtəlif dərinliklərdə yerləşən və atmosferdə havanın temperaturundan yüksək temperatura malik olan flyuidlərin meydana gəlməsində mühüm rol oynaması barədə nəzəriyyə irəli sürmüşdür. XIV əsrdə Saksoniyalı Albert bu ideyanı daha da təkmilləşdirmişdi.Гайденко В. П., Смирнов Г. А. Западноевропейская наука в средние века: Общие принципы и учение о движении. — М.: Наука, 1989. — 352 с. — (Библиотека всемирной истории естествознания). — ISBN 5-02-007958-8.. XVI əsrdə bir çox naturalistlər Saksoniyalı Albertin nəzəriyyəsinə əsaslanan tədqiqatlar aparmışlar.Rudwick The Meaning of Fossils p. 24. Çin naturalisti Şen Ko (1031-1095) Şensi əyalətində Yanyan adlı dağlıq ərazidə tapılmış daşlaşmış bambuk qalıqları əsasında tədricən baş verən iqlim dəyişiklikləri barədə nəzəriyyə irəli sürmüşdür, onun bu qənaətə gəlməsinin əsas səbəbi o idi ki, quru iqlimə malik Şensidə bambuk bitmir.Needham, Volume 3, p. 614.. Sun imperiyası dövründə yaşamış Şen Ko Tayxanşan dağlarında tapılmış dəniz canlılarının qalıqlarına əsasən geomorfologiyada olduğu kimi geoloji proseslərin mövcud olması və tədricən sahil xətlərinin əvəzlənməsi qənaətinə gəlmişdir.Shen Kuo,Mengxi Bitan (梦溪笔谈; Dream Pool Essays) (1088).

İlk paleontoloji araşdırmalar Leonardo da Vinçi tərəfindən Misirdən gətirilmiş əhəng daşında nummulitlərlə (Nummulites) rastlaşması ilə aparılmağa başlanmışdır. Leonardo da Vinci nummulitlərin bir orqanizm qalığı olduğunu anlamışdır.

Yeni tarixin əvvəllərində rasionalizm dövründə Avropada natural fəlsəfənin inkişafında baş verən əsas dəyişikliklərdən biri də daşlaşmış canlı orqanizmlərin qalıqların sistemli şəkildə tədqiq edilməsidir. XVII və XVIII əsrlərdə daşlaşmış orqanizm qalıqlarının keçmiş həyatla bağlılığının öyrənilməsində mühüm nailiyyətlər əldə edilmişdir.

XVII əsrdə

1665-ci ildə alman alimi Afanasi Kirxer özünün «Mundus subterraneus» adlı traktatını nəsli kəsilmiş nəhəng insanların sümüklərinin tədqiqinə həsr etmişdi. Elə həmin il ingilis təbiətşünası və alimi Robert Huk mikroskopdan istifadə etməklə öz müşahidələri əsasında tərtib etdiyi illustrasiyalı kolleksiyasını - "Mikroqrafiya" adlı əsərini nəşr etdirmişdir. Robert Huk belə hesab edirdi ki, daşlaşmış canlı qalıqları Yer üzərində həyatın tarixinin sübutudur. Robert Huk qeyd edirdi ki, əgər arxeoloji qazıntılar zamanı aşkar edilən pullar, medallar və zəngin tabutlar keçmiş dövrlərdə məşhur şəxsiyyətlərin, şəhərlərin mövcud olmasının bilavasitə sübutudursa, daşlaşmış qalıqlar da, bütün düşünən insanların fikrincə, qədim dövrlərdə mövcud olmuş bitki və ya canlıların mövcudluğunun isbatıdır.name="Bowler1992_118">Bowler The Earth Encompassed (1992) pp. 118—119. Alim iddia edirdi ki, bu qalıqların bir hissəsi geoloji fəlakətlər zamanı baş vermiş kütləvi qırğınlar nəticəsində nəsli kəsilmiş canlı orqanizmlərə aiddir.name="Bowler1992_118".

1667-ci ildə Nils Stensen akulanın başının quruluşu haqqında məruzə yazdı. O, akulanın dişlərini (tongue stones) adlanan daşlaşmış əşya qalıqları ilə müqayisə edərək bu qənaətə gəldi ki, bu qalıqlar (o, bu qalıqları «glossopetrae» adlandırmışdı) akulanın dişləridir.Glossopetrae and the Birth of Paleontology .Breve storia della paleontologia Nils Stensen sonralar daşlaşmış canlı qalıqları ilə daha dərindən maraqlanmağa başlımışdı. Tədqiqatçı bu qalıqların keçmiş həyatın izləri olmasını inkar edən bir çox arqumentlərin əsassız olduğunu təsdiq etmək üçün o, daha dərindən daş lövhələri öyrənməyə başladı. Nils Stensonun akulanın dişləri haqqında tədqiqatları nəticəsində belə bir qənaətə gəlindi ki, hər hansı bir möhkəm əşya digər bir möhkəm əşyanın, məsələn, qaya parçasının da daxilində ola bilər.

Bu tədqiqatların nəticəsi olaraq 1669-cu ildə onun "De solido intra solidum naturaliter contento dissertationis prodromus" adlı əsəri nəşr olundu.

Nils Stensen XVII əsrdə yaşamış, demək olar ki, bütün naturalist filosoflar kimi, canlı orqanizmlərin Bibliyada təsvir olunan böyük daşqının baş verdiyi ərazilərdən uzaqda aşkar edilməsinə əsaslanaraq Yer kürəsinin bir neçə min il yaşı olduğunu düşünürdü.Rudwick The Meaning of Fossils pp 72-73.

XVII əsrdə Nils Stensenlə eyni dövrdə yaşamış Martin Lister (1638—1712) və Con Rey (1627—1705) daşlaşmış qalıqların canlı orqanizmlərlə heç bir bağlılığının ola bilməyəcəyini iddia edirdilər. Onları ammonitlər adlandırılan obyektlər xüsusilə maraqlandırıdı və bu filosoflar qeyd edirdilər ki, ammonitlər Robert Hukun göstərdiyi kimi, canlı varlıqlar ola bilməzlər, çünki onlar məlum olan heç bir canlı orqanizm növlərinə oxşamırlar.

Bu, yalnız kütləvi qırğınlar dövründə ammonitlərin nəslinin kəsilməsi ilə bağlı ola bilərdi, lakin elmi və dini baxışların mürəkkəb mübarizəsi şəraitində həmin filosoflar uçün məsələnin əsl mahiyyətinin dəqiqləşdiilməsi çətin bir proses idi.Rudwick The Meaning of Fossils pp 61-65

XVIII əsrdə XVIII əsrin sonlarında fransız naturalisti və təbiətşünası Jorj Küvye müxtəlif bioloji növlərin nəslinin kəsilməsi barədə çoxillik mübahisələrə son qoydu və müqayisəli anatomiyanın köməyi ilə paleontologiyanın müstəqil elm kimi yarandığı qənaətinə gəldi. Paleontologiya salnamələri haqqında biliklərin çiçəklənməsi geologiyanın və xüsusilə stratiqrafiyanın inkişafında mühüm rol oynamışdır.

1796-cı ildə Jorj Küvye canlı və daşlaşmış fil qalıqları mövsusundakı məruzəsində Hindistan və Afrika fillərinin qalıqlarını mamont və sonralar mastodontlar adlandırılan canlıların qalıqları ilə müqayisə etmişdi. O, ilk dəfə olaraq müəyyən etdi ki, Hindistan və Afrika filləri ayrı-ayrı növlərdir, mamontlar isə onların ikisindən də fərqlənirdi və mamontların nəsli kəsilmişdir. Daha sonra o, belə bir nəticəyə gəldi ki, mastodontlar nəsli kəsilmiş daha bir canlı növüdür və onlar da Hindistan və Afrika fillərindən, o cümlədən, mamontlardan fərqlənmişlər.

Geoloq və dağ-mədən mühəndisi Uilyam Smit ilk dəfə olaraq stratiqrafiya metodunun köməyi ilə daşlaşmış canlı orqanizmlərin qalıqlarından fəal istifadə edərək ayrı-ayrı yerlərdəki dağ təbəqələri arasındakı əlaqənin öyrənilməsinə cəhd göstərdi. O, XVIII əsrin sonlarında və XIX əsrin əvvəllərində apardığı tədqiqatlrın nəticəsində İngiltərənin ilk geoloji xəritəsini yaratmağa müvəffəq oldu. Uilyam Smit faunanın inkişafının ardıcıllığı prinsipinin müəyyən edilməsinə nail oldu, bu prinsipə əsasən hər bir dağ təbəqəsi özündə canlı orqanizmlərin qalıqlarının müəyyən tiplərini saxlayır və bu üsul hətta bir-birindən çox aralı məsafədə yerləşən ayrı-ayrı dağ təbəqələrinin belə, geoloji dövrlərinin ardıcıllığını müəyyənləşdirməyə imkan verir. Elə həmin dövrdə Jorj Küvye və Parisməktəbinin dağ-mədən mühəndisliyi üzrə təlimatçısı Aleksandr Bronyar Paris şəhəri ətrafındakı regionun geoloji cəhətdən tədqiqi zamanı oxşar metodlardan istifadə etmişlər.

XIX əsrin əvvəllərində və ortalarında Sürünənlər dövrü Avropada paleontologiyanın "qızıl əsri" XIX əsrin birinci yarısına təsadüf edir. Paleontoloji qalıqların tapıldığı yerlərin sayı artdıqca, müxtəlif ölkələrdə təbiət tarixi muzeyləri və təbiət muzeyləri açıldı.

1808-ci ildə Jorj Küvye Maastrixtdə aşkar edilmiş, sonralar mozazavrlar adlandırdıqları dəniz canlılarınının qalıqlarını identifikasiyalaşdırdı. O, həmçinin Bavariyada tapılmış və pterodaktil adlandırdığı uçmaq qabiliyyətinə malik sürünənləri şəklinə görə identifikasıyalaşdırdı. Jorj Küvye aşkar edilmiş qalıqlara əsasən belə bir qənaətə gəldi ki, südlə qidalananlar dövründə Yer kürəsində nəhəng sürünənlər yaşamışlar.Rudwick Georges Cuvier, Fossil Bones and Geological Catastrophes p. 158. Son iki onillikdə Böyük Britaniyada tapılmış daşlaşmış qalıqlar Jorj Küvyenin haqlı olduğunu sübut etdi. 11 yaşından canlı orqanizmlərin daşlaşmış qalıqlarından ibarət peşəkar kolleksiya yaradılması ilə məşğul olan Meri Enninq Laym-Recisdə təbaşir dövrünə aid bir sıra dəniz canlılarının qalıqlarını tapdı. Onun tapıntıları içərisində 1811-ci ildə tapdığı ixtiozavrların ilk skeleti, 1821 və 1823-cü illərdə pleziozavrların ilk skeletləri də var idi. Geoloqlar Uilyam Konibzar, Henri Tomas de la Beş və Uilyam Baklend Jorj Küvyenin aşkar etdiyi tapıntıların əksəriyyətinin elmi cəhətdən təhlilini vermişlər.McGowan pp. 11-27. Məhz Meri Enninq ilk dəfə olaraq müəyyən etdi ki, bezoarlar adı ilə məlum olan daş obyektlər nadir hallarda rast gəlinən ixtiozavrların skeletləridir. 1824-cü ildə Baklend Stounsfild ətrafında təbaşir dövrünə aid təbəqələrdə alt çənə sümüklərinin qalıqlarını tapdı və onların təsvirini verdi. O, müəyyən etdi ki, bu daşlaşmış qalıqlar quruda yaşamış sürünənlərə məxsusdur və tədqiqatçı onu meqalozavr adlandırdı. Elə həmin il Gideon Mantell etiraf etdi ki, onun 1822-ci ildə Tilqeyt ətrafında təbaşir dövrünə aid təbəqələrdən aşkar etdiyi bir neçə iri dişin daşlaşmış qalıqları quruda yaşamış nəhəng və ot yeyən sürünənlərə məxsusdur. Paleobotanika və "paleontologiya" sözünün mənşəyi və mənası 1828-ci ildə Aleksandr Bronyarın oğlu botanik Adolf Bronyar aşkar edilmiş bitki qalıqlarının tarixinə dair çıxışlarının toplusunu dərc etdirdi. Adolf Bronyar bu əsərdə belə bir qənaətə gəmişdir ki, bitki qalıqlarının tarixini təxminən 4 hissəyə bölmək olar. Birinci dövr çiçəkləməyən bitkilər dövrü kimi səciyyələndirmək olar. İkinci dövrün fərqləndirici əlaməti çılpaqtoxumluların meydana çıxmasıdır. Üçüncü dövrdə örtülütoxumlular, dördüncü dövrdə çiçəkli bitkilər meydana çıxdı. Geoloji araşdırmalara əsasən bir dövrdən digərinə keçid kəskin dönüşlə müşahidə olunsa da, bitkilərin dəyişmə dövrləri uzun müddət davam etmişdir. Bronyarın tədqiqatları paleobotanikanın əsasını təşkil etmişdir. Bu tədqiqatlar, eyni zamanda, Yer üzərində həyatın uzun və mürəkkəb bir tarixə malik olması, müxtəlif bitli və heyvan qruplarının ardıcıl olaraq meydana çıxması barədə nəzəriyyəni daha da gücləndirdi.Rudwick The Meaning of Fossils pp. 145—147. Bronyar belə hesab edirdi ki, bitki qalıqlarının tədqiqi sübut edir ki, daş kömür dövründə Şimali Avropada tropik iqlim mövcud olmuşdur; bu isə o deməkdir ki, Yer üzərində iqlim dəyişkənliyi də tədricən baş vermişdir.Bowler The Earth Encompassed (1992).

XIX əsrin birinci onilliyində aşkar edilmiş bitki qalıqlarına marağın artması nəticəsində keçmiş həyatın oyrənilməsi üçün tətbiq edilən terminologiya daha da zənginləşdi. «Journal de Physique» adlı nüfuzlu fransız elmi jurnalının redaktoru, Jorj Küvyenin şagirdi Anri-Mari Dyukrote-de-Blenvil 1817-ci ildə nəsli kəsilmiş heyvanların aşkar edilmiş sümüklərinin bərpası ilə əlaqədar Jorj Küvye və digər naturalistlər tərəfindən aparılan tədqiqat işlərini ifadə etmək üçün ilk dəfə «paleozoologie (paleozoologiya)» terminini işlətmişdir. Lakin Blenvil elə bir söz axtarırdı ki, bu terminlə həm heyvan qalıqlarının, həm də bitki qalıqlarının tədqiqatlarını ifadə etmək mümkün olsun və o, 1822-ci ildə «palaeontologie» termininin üzərində dayandı. Blenveldin bu termini qısa müddətdə elmi ictimaiyyət tərəfindən qəbul edildi.Rudwick Worlds before Adam p. 48