Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi — Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərinin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsi 9 ünvanında yerləşən Mədəniyyət təşkilatı.

2013-2024-cü illərdə Mədəniyyət Mərkəzinin direktoru Azərbaycan Respublikasının “Fəxri Mədəniyyət İşçisi” Samir Abbasov olub.

Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyır və Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində fəaliyyət göstərir. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənd şəhərində azərbaycanlıların kompakt yaşadığı Mirabad rayonunda Heydər Əliyev küçəsində yerləşir və Mərkəzin 3 mərtəbəli möhtəşəm, Azərbaycan milli koloritlərini özündə əks etdirən binası mövcuddur.

Mədəniyyət Mərkəzində Heydər Əliyev Muzeyi, Azərbaycan tarixi və dövlətçiliyi muzeyi, Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, “Odlar yurdunun naxışları” Azərbaycan xalçalaları muzeyi və sərgi zalı, kitabxana, kurs və dərnəklər fəaliyyət göstərir.

Bu kurslar Özbəkistandakı azərbaycanlılar üçün bir məktəb funksiyasını da həyata keçirir. Burada Azərbaycan dili, Azərbaycan tarixi, milli rəqslər, rəsm, əl işləri, milli musiqi alətləri üzrə dərnəklər fəaliyyət göstərir.

Özbəkistanda yaşayan azərbaycanlılar üçün Mədəniyyət Mərkəzi müqəddəs bir ocaqdır və Azərbaycanla bağlı keçirilən bütün tədbirlər məhz, Mərkəzin qarşısındakı açıq havada ümummilli lider Heydər Əliyevin heykəlini ziyarət etməklə başlayır.

Mərkəz Özbəkistanda öz fəallığı ilə seçilir və dəfələrlə qardaş ölkədə “İlin ən fəal Mədəniyyət Mərkəzi” adına layiq görülmüşdür.

Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2015-ci ildən bugünə kimi 100-dən adda Azərbaycan tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatına dair nəşrlər Özbək dilinə tərcümə edilmiş və Daşkənddə çap edilmişdir.

Tarixi Mərkəzin açılışı thumb|left|300px|Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 2010-cu ildə 27 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Baş Naziri (indiki prezidenti) Şavkat Mirziyayev tərəfindən açılışı olmuşdur. Daşkənddə ulu öndər Heydər Əliyev adına Azərbaycan mədəniyyəti mərkəzinin açılışı olmuşdur . president.az, 27.09.2010 Prezident İlham Əliyev mərkəzin qarşısında ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoymuşdur.

Bina ilə tanışlıq zamanı məlumat verildi ki, azərbaycanlıların yığcam yaşadıqları Daşkəndin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsində yerləşən mərkəzdə Heydər Əliyev, Azərbaycan tarixi və dövlətçiliyi muzeyi, Azərbaycan və Özbəkistanın müştərək dostluq muzeyləri fəaliyyət göstərir.

Prezident İlham Əliyev əvvəlcə Heydər Əliyev muzeyi ilə tanış oldu. Burada ümummilli lider həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, dövlət rəhbərləri ilə görüşlərini əbədiləşdirən fotosənədlər, görkəmli şəxslərin Heydər Əliyev haqqında fikirləri toplanmışdır. thumb|right|300px|Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı Azərbaycan tarixi və dövlətçiliyi muzeyi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə vaxtilə 400 min kvadratkilometr ərazisi olan respublikamızın xəritələri, tarixi sənədlər, görkəmli şəxsiyyətlər barədə ətraflı məlumat verildi.

Azərbaycanın və Özbəkistanın dostluq muzeyində toplanmış eksponatlar isə ölkələrimiz arasında qədim tarixi və mədəni əlaqələrdən, habelə bu gün inkişaf edən münasibətlərimizdən söhbət açır.

Prezident İlham Əliyev Mərkəzin konfrans salonuna baxdı.

Məlumat verildi ki, Mədəniyyət Mərkəzində Azərbaycanın musiqi, rəqs və folklor ansamblları da fəaliyyət göstərəcəkdir. Bundan əlavə, burada Azərbaycan məktəbi və kitabxana da yaradılmışdır.

thumb|left|300px|Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı Mərkəzin açılışı münasibətilə soydaşlarımızı təbrik edən Prezident İlham Əliyev dedi:

Tədbir iştirakçıları xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Azərbaycan Prezidentinə bir daha təşəkkür etdilər.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev Mədəniyyət Mərkəzinin sərgi salonunda Səmərqənddə yaşamış mərhum azərbaycanlı heykəltəraş Eynulla Əliyevin əsərlərindən ibarət sərgiyə baxdı.

Muzeylər Heydər Əliyev Muzeyi Heydər Əliyev Muzeyi müstəqil Azərbaycanın memarı, qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr edilmişdir.

Muzey bir ekspozisiya zalından, çoxsaylı 7 fotostentdən, 10 vitrindən, 77 ədəd fotoşəkildən, 52 kitabdan ibarətdir, habelə ulu öndər Heydər Əliyevin həyatı, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun digər dövlət rəhbərləri ilə görüşü haqqındakı foto sənədlər, məşhur şəxsiyyətlərin Heydər Əliyev haqqında rəyləri saxlanılır.

Muzeyin ən maraqlı bölmələrindən biri də Ulu Öndərin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən fotoşəkillərdir. “Heydər Əliyev Mədəni İrsimizin keşiyində”, “Müstəqillik yollarında”, “Müstəqilliyimiz əbədidir”, “Təhsil millətin gələcəyidir” və.s kitabları muzeydə nümayiş etdirilir.

Muzeydə yaradılmış şərait əsasında burada çoxsaylı seminarlar, tədbirlər, təqdimatlar keçirilir. Təşkil olunmuş dəyirmi masa əsasında Heydər Əliyev Muzeyi 50-100 nəfərlik tədbirlər keçirmək imkanı yaranmışdır. Bu isə Heydər Əliyev Muzeyinin daha geniş təbliğinə, daimi işlək vəziyyətdə olmasına şərait yaratmışdır.

Ulu öndər Heydər Əliyevin irsinin təbliğinə növbəti töhfə olaraq 2018-ci ildə Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Heydər Əliyevin büstü hazırlanmışdır. Hazırlanmış büst Mədəniyyət Mərkəzinin Heydər Əliyev muzeyində daimi olaraq nümayiş etdirilir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan-Özbəkistan dostluğunun möhkəmlənməsində rolu əvəzsizdir. O, həm Sovetlər dövründə, həm də Azərbaycanın müstəqillik əldə etdikdən sonra həmişə Özbəkistanla münasibətlərə xüsusi önəm vermiş, onun Özbəkistana səfərləri, Uluqbek adına Özbəkistan Milli Universitetinin fəxri doktoru mükafatına layiq görülməsi, Özbəkistanın birinci prezidenti İslam Kərimovla dostluq əlaqələri Özbəkistanda həmişə xatırlanır.

Mütəmadi olaraq Daşkənddəki təhsil ocaqlarında oxuyan tələbələr və məktəblilər muzeyi ziyarət edir və Muzeydə açıq dərslər keçirilir. Bundan başqa, Özbəkistanda yaşayan azərbaycanlılar, habelə Mədəniyyət Mərkəzinin rəsmi qonaqları da Muzeyin daimi ziyarətçiləridir.

Azərbaycan tarixi və dövlətçiliyi muzeyi “Azərbaycan tarixi və dövlətçiliyi muzeyi”nin açılışı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycanın yenidən müstəqillik əldə etməsinin 27-ci ildönümünə həsr edilib.

“Azərbaycan tarixi və dövlətçiliyi” muzeyində dünyada ən qədim insan yaşayış məskənlərindən olan Azıx mağarası, Qobustan – qədim insan yaşayış məskəni, Bakı şəhərində yerləşən İçərişəhər abidələr kompleksi, İrəvan şəhərindəki “Göy məscid”, Xudafərin körpüsü, habelə Azərbaycanın Qarabağ bölgəsində yerləşən tarixi abidələrin maketləri yer alıb.

Muzeydə “Ənənəvi Azərbaycan kəndlisinin evi” adlı guşədə hər gün istifadə edilmiş əşyalar, əmək və məişət alətləri, çoxsaylı eksponatlar və kompozisiyalar təqdim edilib.

Bundan başqa, ən qədim dövrlərdən müasir dövrə qədər Azərbaycan dövlətləri - Manna, Midiya, Azərbaycan tarixinin şanlı səhifəsi - Səfəvilər imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil Azərbaycana aid tarixi xəritələr, bölmələr, habelə müstəqillik əldə etdikdən sonra ölkəmizin həyata keçirdiyi nəhəng layihələrə dair guşələr yaradılmış, qədim və müasir pul əskinazlarımız Muzeydə yaradılan xüsusi guşələrdə sərgilənir.

Qeyd edək ki, muzeydə yaradılmış stendlərdə “Azərbaycanın milli musiqi alətləri”, “misgərlik sənətinə aid qədimi qablar”, “dövlət rəmzlərimiz” nümayiş etdirilir.

Muzeydə dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqının özünün qədim tarixi, maddi-mədəniyyət abidələri, zəngin ənənələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə bağlı maraqlı eksponatlar və kompozisiyalar nümayiş etdirilir.

Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və dünyanın ən nəhəng layihələrindən olan - Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı – Tbilisi – Kars dəmiryolu layihəsi və s. haqqında muzeydə xüsusi bölmə yaradılıb.

“Azərbaycan tarixi və dövlətçiliyi muzeyi”nə Daşkənddəki ali və orta məktəblərin tələbələri üçün mütəmadi olaraq ekskursiyaların təşkili və burada milli mədəniyyətimizə, tariximizə dair tədbirlər keçirilir.

Azərbaycan-Özbəkistan Dostluq Muzeyi 2023-cü ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan-Özbəkistan Dostluq Muzeyinin açılış mərasimi olub.

Dostluq Muzeyində dövlət başçılarımız İlham Əliyevin və Şavkat Mirziyoyevin görüşləri, onların ölkələrimiz arasında tarixi dostluq və qardaşlıq, xalqlarımızın yaxınlığı ilə bağlı fikir və şüarları, 2020-ci ildə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun Vətən torpaqlarımızı erməni işğalçılarından azad edilməsinə dair fotostendlər yerləşdirilib.

Muzeyin mərkəzi hissəsində Azərbaycan və Özbək xalqlarını birləşdirən dəyərlərə dair Azərbaycan rəssamları tərəfindən çəkilmiş unikal rəsm, habelə xalqlarımızın yaxınlığını göstərən ortaq dəyərimiz olan dilimiz, dinimiz, milli bayramımız olan Novruz, muğam və makom sənəti, aşıq və baxşıçılıq sənəti, hər iki ölkədə keçirilən beynəlxalq musiqi festivallarına dair stendlər, guşələr, maketlər, geyimlər, milli musiqi alətlərimiz və çox sayda eksponatlar sərgilənir.

Muzeyin “Özbəkistanda tanınmış azərbaycanlılar” adlı bölməsində qardaş Özbəkistanın ictimai, mədəni həyatında fəal iştirak etmiş Seyid Rza Əlizadə, şairlər Məqsud Şeyxzadə, İxtiyar Rza, dövlət xadimi Aydın Əzimbəyov, heykəltəraş Eynulla Əliyev, rəssam Yusif Hüseynovun büstləri, onların əsərləri və şəxsi əşyaları təqdim olunur.

“Odlar yurdunun naxışları” Azərbaycan xalçalaları muzeyi və sərgi zalı

“Odlar yurdunun naxışları” Azərbaycan xalçalaları muzeyi, daimi sərgi zalında Azərbaycanın 7 əsas xalçaçılıq məktəbini özündə əks etdirən, müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar nümayiş etdirilir.

Sərgi zalında nümayiş etdirilən Azərbaycan xalqının yaratdığı Şirvan, Qarabağ, İrəvan, Dərbənt, Quba, Naxçıvan, Qazax-Borçalı və digər ərazilərdə əllə toxunulmuş xalçalar sərgilənir. Zaldakı sərgi stendində ümumilikdə Azərbaycan xalçaçılıq məktəbinə aid 30-a yaxın qədim və unikal xalçalar nümayiş etdirilir və Azərbaycan xalça sənətini özündə əks etdirən kitab sərgisi, xalçaların əl ilə toxunulmasında istifadə olunan dəzgah sərgilənir.

Divarboyu quraşdırılmış stendlərdə Azərbaycanın müxtəlif regionlarında hazırlanmış xalçaların daimi sərgilənir və xalçaların xüsusi işıqlandırılması, onlar haqqında 3 dildə (özbək, rus və ingilis) yazılı məlumat tablosu yerləşdirilib.

Azərbaycan xalq sənətlərinin ən geniş yayılmış növü olan xalça sənətinin Azərbaycan xalqının bədii təfəkkürünü, istedadını nümayiş edirir və qədim Azərbaycan xalçaları barədə bir sıra mənbələrdə antik yunan tarixçiləri yazıblar.

Xalçaçılıq Azərbaycan xalqının qədim tarixini, zəngin mədəniyyətini nümayiş etdirir və ən çətin əl işlərindən biri hesab olunur.

Mədəniyyət Mərkəzinin “Odlar yurdunun naxışları” Azərbaycan xalçalaları muzeyi və sərgi zalında mütəmadi olaraq Daşkənddəki ali məktəblərin tələbələri, orta məktəblərin şagirdləri üçün ekskursiyalar təşkil olunur, habelə Mərkəzi ziyarət edən bütün qonaqlara Muzeyin eksponatları nümayiş etdirilir. Muzeydə Azərbaycan xalçaları, xalçaçılıq sənətinə aid çoxsaylı nəşrlərdən ibarət xüsusi daimi kitab sərgisi fəaliyyət göstərir.

Vətən müharibəsi şəhidlərinin abidə kompleksi