Komsomolskaya metrostansiyası — 30 yanvar 1952-ci ildə istifadəyə verilmiş Moskva metropoliteninin stansiyası.

Memarlığı Moskvanın "Komsomolskaya" metro stansiyası arxitekturasına görə klassisizm elementlərini özündə birləşdirən möhtəşəmliyi, təmtəraqlılığı ilə seçilən Stalin ampirinin apofeozudur.

Stansiyanın şimal sonluğunda kiçik günbəzli avanzala doğru aparan pilləkən yerləşir.

Uzun və geniş dəhliz avanzaldan eskalator tunelinə doğru davam edir. Eskalator tuneli öz növbəsində hər iki stansiya qovşağı üçün ümumi yerüstü vestibülə aparır.

Böyük Vətən müharibəsində sovet xalqının zəfəri stansiya interyerlərinin arxitekturasında aparıcı mövzudur.

İstinadlar

Kateqoriya:Moskva metropoliteninin stansiyaları Kateqoriya:Moskva Kateqoriya:1952-ci ildə yarananlar Kateqoriya:Stalinist memarlıq