Tamara alacası () — Pulcuqluqanadlılar dəstəsinə, Alacalar fəsiləsinə aid növ. Cənubi Qafqaz endemidir. Nəsli kəsilməkdə olan növdür.

Təsviri Qanadları açılmış halda 25–30 mm-dir. Ön qanadlar üzərində 3 ədəd iri ləkələr pupdan yenicə uçmuş kəpənəklərdə qırmızı olur, zaman keçdikcə isə onlar saralır, qanadların kənarı qara haşiyelidir. Dişilərdə arxa qanadlar qırmızı, erkəklərdə isə sarıdır. Qarıncığın sonuncu buğumları qırmızı, ucu isə qaradır.

Yayılması Zəngəzur və Dərələyəz sıra dağlarının cənub yamacları.

Həyat tərzi Kserofil bitkilər ilə örtülü (traqakant gəvənlər (Astragalus sp.), tikanlı xaşa (Onobrychis sp.), çatır, zımbırtikan (Eryngium sp.), sığırquyruğu (Verbascum sp.), ceyranotu (Petrosimonia brachiata) və s.) açıq dağətəyi və dağ yamacları. Kəpənəklərin uçuşu ağır və ləngdir. Cavan fərdlərin qanadlarının əsas fonu çəhrayı-qırmızımtıl olur, bir neçə gündən sonra isə sarıya çevrilir. Kəpənəklər iyulun axırından avqustunaxırına qədər uçur. Cütləşmə və yumurtaqoyma avqustun I–II ongünlüyündə baş verir. Yumurtalar çoxillik Pragos ferulacea bitkisinin gövdələrinə sonunda çatrın gövdəsində uzunsov perqamentli baramalarda puplaşırlar. Kəpənəklər iyulun axırında çıxır. Bu növ ildə bir nəsil verir. Tırtıllarında İchneumonidae fəsiləsindən olan minicilər parazitlik edirlər.

Sayı Son dərəcə nadir hallarda rast gəlinən növdür. Cəmi 5 kəpənəyi qeydə alınmışdır.

Məhdudlaşdırıcı amillər Yazda yerli əhali tərəfindən çatırın qida kimi yığılması.

Qorunması üçün qəbul edilmiş tədbirlər Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər Tırtılların qidalandığı tikanlı xaşanin toplanmasının məhdudlaşdırılması, kəpənəklərin tutulmasının qadağan edilməsi.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Pulcuqluqanadlılar