İmperator iynəcə () — İynəcələr dəstəsinə, Cırcımalar fəsiləsinə aid növ.

Təsviri İri ölçülü iynəcə növünə aid olub bədəninin uzunluğu 62–82 mm təşkil edir. Erkək fədlər mavi, dişi fərdlər isə yaşıl rəngdə olur. Bədənin üst hissəsində çıxıntılı uzun qara zolaq gedir. İri mavi-yaşıl rəngli gözləri var. Qanad arakəsməsi ikirəngli olub boz-ağ çalardadır.

Yayılması Qusar, Lənkəran, Masallı rayonlarının ərazisində, Mingəçevir və Varvara su anbarlarının ətraf ərazilərində, Araz su anbarı ətrafı ərazilərdə yayılmışdır.

Həyat tərzi Su və sahil bitkiləri ilə zəngin olan durğun sututarlarında: Su snbarları, kanallar və şirinsulu göllərdə və onların yaxınlıqlarında yaşayırlar. Az saylı olması ilə səciyəvidir.

Həmçinin bax Anax (cins)

İstinadlar

Mənbə Rusiya Qırmızı Kitabı. Həşəratlar .

Kateqoriya:İynəcələr Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:İmperiyalar Kateqoriya:Avrasiya həşəratları