Ayıpəncəsi antoforası () — Antofora cinsinə aid növ. Təsviri Uzunluğu 15 – 17 mm-dir. Üz qara olub, orta hissədə üçbucaq şəkilli sarı ləkə vardır. Üst dodaqda, mandibulada sarı ləkələr vardır. Qarıncığın ilk 2 tergiti və bütünlüklə döş qısa ağımtıl tüklərlə, ətraflar isə uzun sarı tüklərlə örtülüdür. Qanadlar ağımtıl şəffafdır.Azərbaycan Respublikasının Qırmızı Kitabı.Fauna, II nəşr, Bakı, 2013, 518 s. (s.78-79) Yayılması Cənubi Palearktika yayılmışdır. Azərbaycanda Abşeron yarımadası əsas yayılma ərazisidir.Алиев Х.А., Магеррамов М.М. К изучению пчелиных рода Anthophora Latreille, 1803 (Hymenoptera, Apoidae, Anthophoridae) Нахичеванской Автономной Республики \\ Горные экосистемы и их компоненты, Труды международной конференции, Москва, 2007, часть 1, с. 38-41. Həyat tərzi Efemerli bitkilərin bitdiyi, dəniz sahillərində bərkimiş qumluqlarda yayılır. Qorunması üçün məsləhət görülmüş tədbirlər Köhnə yuvalama yerlərinin saxlanması və yenilərinin yaradılması. İstinadlar
Mənbə Checklist of the Western Palaearctic Bees (Hymenoptera: Apoidea: Anthophila) Biolib Həmçinin bax Qüvvətli antofora Fars zolaqlı arısı
Kateqoriya:Əsl arılar