() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Təsviri Qanadları açılmış halda 20–22 mm-dir. Ön qanadları xeyli enlidir, onların forması sovkalar üçün səciyyəvi deyil. Qanadların yuxarı kənarı açıq-bozdur, cərgə ilə düzülmüş gümüşü rəngdə tutqun nöqtələr vardır. Qanadların rəngi dalğalı xaranı xatırladır. Qəhvəyi-qonur fon üzərində açıq rəngli, eninə istiqamətdə 5 əyri və nazik sarğı gedir. Arxa qanadlar da dalğalı cizgilidir.

Yayılması Avropanın cənubi-qərbi, Türkiyə, Kiçik Asiya, Fələstin, Yunanıstan, İspaniya ərazisində yayılırlar. Azərbaycanda isə yalnız Naxçıvan Muxtar Respublikasında və Talışın dağ-səhra ərazisində təsadüf edilir.

Həyat tərzi Dağətəyi və dağlıq ərazilərin kserofit biotoplarında yaşayır. Biologiyası ətraflı öyrənilməmişdir. Kəpənəyi mayda, iyunda və sentyabrda uçur. Tırtılı iyulda bozaqgül bitkisi üzərində yaşayır.

Sayı Azsaylıdır, cəmi 3 kəpənəyi tutulmuşdur.

Məhdudlaşdırıcı amillər Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.

Qorunması üçün məsləhət görülən tədbirlər Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.

İstinadlar

Həmçinin bax