— Yaponiyanın Hokkaydo adasında yerləşən milli park. Akan–Maşu Milli parkı Daysetsudzan Milli Parkı ilə birlikdə Hokkaydo adasının ən qədim iki milli parkından biridir. Milli park 4 dekabr 1934-cü ildə qurulmuşdur.

Akan xeyli sayda meşələrin və vulkanik kraterlərin yerləşdiyi ərazidir. Milli parkın sahəsi 904,81 km2 təşkil edir. Milli park kristal təmizliyinə malik göllərinə, isti bulaqlarına və böyük marimolarına görə tanınır. Bura Yaponiyada marimoların ölçüsünə görə diqqət çəkən yeganə yerdir.

Yerlər Milli park iki hissədən ibarətdir: Kavayu və Akan.

Kavayu Buradakı İo dağında və Kavayu onsenində təbii isti bulaqlar və kükürd fumarolaları vardır. Kaldera gölü olan Kussaro gölünün ətrafında Bihoro keçidi, Mokoto dağı və Nisibetsu dağı yerləşir. Gölün sahilində yerləşən Vakoto yarımadasında temperatur daha yüksəkdir və yarımada unikal flora və faunaya sahibdir. Milli parkdakı Masyu gölü kaldera göldür. Masyu gölü dünyada ən saf sulu göllərdən biridir, səthindən onun 40 metr dərinliyinə qədər baxmaq mümkündür.

Akan Akan kalderası 20 km enindən olan böyük kalderadır. Kaldera Akan vulkanik kompleksinin bir hissəsidir. Akan vulkanik kompleksində milli parkın ən hündür nöqtəsi olan Meaken dağı (1.499 metr) yerləşir. Akan gölündə bokke adlandırılan qaynar palçıq da görmək olar. Çuruy adası göldə yerləşən 4 kiçik adadan biridir və adada Marimo Sərgi və Müşahidə Mərkəzi yerləşir. Meaken dağının ətəyində isə Onneto gölü yerləşir. Yaxınlığından Onneto Yunotaki adlı isti sulu şəlalə tökülür. Sokodaydan Penketo gölünü və Panketo gölünü müşahidə etmək olar. Hakuto dağı müşahidə məntəqəsi, Kikin dağı, Tsurumi keçidi və Akan gölyanı müşahidə məntəqəsindən gözəl mənzərələrə tamaşa etmək mümkündür. Akan çayı üzərində insanlar Akan gölündən Takimi Bricə axan Takiquti çayının mənsəbinə baxırlar. Milli parkda bundan başqa Dziro və Taro adlı göllər də vardır.

Qalereya

İstinadlar

Xarici keçidlər Youtube-də video

Kateqoriya:Yaponiya milli parkları Kateqoriya:1934-cü ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Kateqoriya BTMİ II