Narın çayı (, , )- Qırğızıstanda çay. Sırdərya çayının əsas qollarından biridir. Çay Qırğızıstanın ən böyük və ən uzun çayıdır. Qərbə doğru Özbəkistan Repsublikasının Fərganə vadisinə doğru istiqamətlənmişdir. Qırğızıstanla Özbəkistan sərhəddində Qırğızıstanın İsıkgöl, Narın, Cəlalabad və Özbəkistanın Namaqan vilayətlərindən keçir. Uzunluğu 807 km, Hövzəsinin sahəsi 59 100 km2-dir.

Etimologiyası

Çay adını 1868-ci ildə Rus qarnizonu olan və indi müasir şəhər olan Narın şəhərindən götürmüşdür. Başqa bir ehtimalla Narın qırğız nağıllarında qarın mənasını verir. Monqol dilində isə Günəşli mənasında işlədilir.

Qolları Kiçi-Narın, At-Başı, On Arça, Kadciti, Çiçkan, Alabuga, Kökömörən çayları Narın çayının əsas qollarındandır Characteristics of the Rivers of Naryn River Basin (in Russian) İstifadə tarixi:2015-11-7

Hidroenergetika Mənbəyi dünyanın ikinci ən böyük dağ gölü olan İsıkgölünün cənubundakı Tyan-Şan dağlarından alan Narın çayı illik su balansı 13.7 km3-dur. Beş dəfə əkin yerlərinin sulanması və enerji istehsalı məqsədililə istifadə edilir.

250px|thumb|right|Mərkəzi Asiya xəritəsində Narın çayının yeri Narın çayının qolları üstündə bir neçə vacib su anbarı var. Onlardan ən böyüyü 19.9 m³ su ehtiyatına malik Toktogül su anbarıdır. Toktogül su anbarına Kurpsay, Daş-Kumir, Şamaldsay və Uç-Kurgansk su anbarları daxildir. Kambarata-2, At-Başı su anbarları istifadədə, Kambarata 1 və Kambarata 3 su anbarları isə planlaşdırma mərhləsindədir"List of major hydroelectric facilities Kyrgyzskoy Republic" (PDF) (in Russian). CA Water. İstifadə tarixi:2015-11-8. Anbarın adı Operatoru Maksimum tutumu Vəziyyəti Su anbarı Sahəsi Həcmi Kambarata-1 2 300 Planlaşdırılır Kambarata-1 4 560 Kambarata-3 Planlaşdırılır Kambarata-3 Kambarata-2 360 İstifadə edilir Kambarata-2 70 Kurpsay 800 İstifadə edilir Kurpsay 12,2 370 Şamaldsay 240 İstifadə edilir Şamaldsay 41 Daşkömür 450 İstifadə edilir Daşkömür 140 Toktogül 1 200 İstifadə edilir Toktogül 284,3 19 500 Uç-Kurgansk 180 İstifadə edilir Uç-Kurgansk 52,5

Çay boyunca sahillərində Qara-Day, Narin vilayətinin Narın və Dostuk şəhərləri, Cəlalabad vilayətinin Kazarman, Toktogül su anbarı, Qaragöl, Daş-Kumir şəhərləri yerləşir.

Həmçinin bax Narin vilayəti Narın (şəhər)

İstinadlar

Kateqoriya:Qırğızıstan çayları Kateqoriya:Cəlalabad vilayəti Kateqoriya:Sərhəd çayları