İli-Qazax Muxtar dairəsiOfficial site (in Simplified Chinese) (; ; ) — Çinin Sincan-Uyğur Muxtar Rayonu ərazisinə daxil olan muxtar dairə. Dairə Çinin şimal-şərq hissində yerləşir.

Tarixi 1757-ci ildə Cunqar xanlığının çinlilərin Sin sülaləsi imperatoru Aysinqioro Xunlinin hakimiyyəti dönəmində varlığına son qoması ilə ərazi çinlilərin əlinə keçir. 1761-ci ildə ərazidə Sinszyan (Yeni Torpaq) vilayəti yaradılır. İli çayı vadisində isə uyğur və qazaxların köçəri icmaları dərbəst yaşıyırdılar. Hətta ərazinin bir qismi Böyük Cuzun tərkibinə daxil idi. XIX əsrdə İli vilayəti ərazisində müstəqil İli sultanlığı yaradılır. Rusiya İmperiyası ilə münaqişədə sultanlıq müstəqilliyini itirərək imperiyanın tərkibinə keçir. Rusiya bir müddət sonra Sin imperiyası ilə imzaladığı Livadiy və Peterbur anlaşmaları ilə İli sultanlığının ərazisini Çinə qaytarır.

1916-ci ildə Rusiya ipmeriyasında yaşayan bir qrup qazaklar təqiblərə və işgəncələrə məruz qalmamaq məqsədi ilə bu əraziyə pənah aparmışlar. Rusiya vətəndaş müharibəsi zamanı ağlar, qazaxlar və uyğurlar əraziyə köç etmişlər.

1930-cı illərdə qazaxlar, uyğurlar, tatarlar və özbəklər artıq SSRİ-dən, Qazaxıstanda baş verən açlıqdan (1932-1933) və komunistlərin təqiblərindən əraziyə kütləvi şəkildə pənah gətirmişdilər.

1950-ci ildə ərazidə İli rayonu (伊犁专区) yaradılır və 12 uezdə bölünür.

1954-ci ildə bölgədə ərazinin etnik xüsusiyyətləri nəzərə alınaraq İli-Qazax Muxtar dairəsi yaradılır. 1955-ci ildə dairənin ərazisinə İli, Altay və Taçen rayonları daxil edilir.

1962-ci ildə Çində ölkə əhalisinin çinliləşdirilməsinə etiraz olaraq SSRİ-yə köç etmişlər.

1970-ci ildə Taçendə Çuquçaq vilayəti təşkil edilir. 10 sentyabr 1975-ci ildə İli-Qazax Muxtar dairəsinin inzibati mərkəsi Kulcadan Kuytun şəhərinə köçürülür.

Coğrafiyası və inzibati bölgüsü 400px|thumb|left|İli çayının keçdiyi ərazi İli-Qazax Muxtar dairəsi Tyan-Şan dağları ilə iki hissəyə bölünür. Tyan-Şandan şimalda Cunqariyada Altay və Çuquçak vilayətləri, həmçinin Kuytun uezdi yerləşir. Tyan-Şan dağlarından cənubda dairənin dalan hissəsi yerləşir. Dairənin tərkibinə 2 Şəhər Uezdi, 7 Uezd və 1 Muxtar Uezd daxildir. 600px # Status Adı Heroqliflər Pinin Uyğurca (ərəb əlifbası) Uyğur dili (latın əlifbası) Əhali (2003) Sahəs (/km²) Əhalinin nisbəti (/km²)*DairəAltay阿勒泰地区Ālètài Dìqūتارباغاتاي ۋىلايىتىAltay Wilayiti561,667117,8005DairəÇuquçak 塔城地区Tǎchéng Dìqūتارباغاتاي ۋىلايىتىTarbaghatay Wilayiti994.776104,546161Şəhər uezdiKulca伊宁市Yīníng Shìغۇلجا شەھىرىGhulja Shehiri430,0006296842Şəhər uezdiKuytun奎屯市Kuítún Shìكۈيتۇن شەھىرىKüytun Shehiri300,0001,1712563UezdKulca 伊宁县Yīníng Xiànغۇلجا ناھىيىسىGhulja Nahiyisi360,0004,486804UezdXoçen霍城县Huòchéng Xiànقورغاس ناھىيىسىQorghas Nahiyisi360,0005,466665UezdTokkuztara巩留县Gǒngliú Xiànتوققۇزتارا ناھىيىسىToqquztara Nahiyisi160,0004,124396UezdKyones新源县Xīnyuán Xiànكۈنەس ناھىيىسىKünes Nahiyisi300,0007,583407UezdMonqolkyore昭苏县Zhāosū Xiànموڭغۇلكۈرە ناھىيىسىMongghulküre Nahiyisi160,00010,465158UezdTesek特克斯县Tèkèsī Xiànتېكەس ناھىيىسىTékes Nahiyisi160,0008,080209UezdNilki尼勒克县Nílèkè Xiànنىلقا ناھىيسىNilqa Nahiyisi160,00010,1301610Çapçal-Sibo muxtar uezdi察布查尔锡伯自治县Chábùchá'ěr Xībó Zìzhìxiànئاپتونوم يېزىسى چاپچال شىبەChapchal Shibe Aptonom Nahiyisi170,0004,48938

Ərazisi və Əhalisi Dairənin 273.200 km² təşkil edir. Ərazinin böyük hissəsi səhralıqlardan ibarətdir. Kontinental ilqimə malik ərazidə əhalinin bir hissəsi köçəri həyat sürür. Dairədə 2000-ci ilə olan məlumata əsasən 3.880.000 nəfər yaşayır. Əhalinin milli tərkibi Çinlilər (Xanlılar) 45,2 %, Qazaxlar 25,4 %, Uyğurlar 15,9 %, Dunqanlar (8,3 %), Monqollar (1,69 %), Sibolardan (0,83 %) ibarətdir. Daiənin mərkəzi Kulca şəhəridir. Ən böyük şəhər isə Altaydır.

İstinadlar

Mənbə Subdivision info (in Simplified Chinese) A TALE OF TWO CITIES: NEW MUSEUMS FOR YINING AND URUMQI "CHINA HERITAGE NEWSLETTER", China Heritage Project, The Australian National University. ISSN 1833-8461. No. 3, September 2005. (Talks about Ili Kazak Autonomous Prefecture Museum in Yining).

Həmçinin bax Sincan-Uyğur Muxtar Rayonu Qızılsu-Qırğız Muxtar dairəsi

Kateqoriya:Çin qazaxları Kateqoriya:Türk dövlətləri Kateqoriya:Şərqi Türküstan tarixi Kateqoriya:İli-Qazax Muxtar dairəsi Kateqoriya:1954-cü ildə yaranmış dövlətlər və ərazilər