Nampxo () — Şimali Koreyanın Pxyonan-Namdo vilayətində yerləşən şəhər və dəniz limanı. Şəhər Tedonqan çayının şimal sahilində, çayın mənsəbinin 15 km şərqində yerləşir. 1980-2004-cü illərdə Nampxo şəhəri "Birbaşa idarə edilən şəhər" statusu daşımışdır. Daha sonra şəhərə Xüsusi şəhər statusu verilmiş və 2010-cu ildə Pxyonan-Namdo vilayətinin tərkibinə daxil edilmişdir. Nampxo şəhəri Şimali Koreyanın paytaxtı Pxenyan şəhərindən 50 km cənub-qərbdə yerləşir. Şəhərin əsası kiçik balıqçılıq kəndi kimi qoyulmuş, 1897-ci ildə xarici ticarət sayəsində limana çevrilmiş, 1945-ci ildə müasir dəniz limanı olmuşdur. Bunun sayəsində şəhər böyümüş və kapital qoyuluşu sürətlənmişdir. 1910-1945-ci illərdə Yapon rejimi dövründə şəhər Namupo adı ilə tanınmışdır.
Şəhərdəki sənaye komplekslərinə Nampxo Zavod Kompleksi, Nampxo Şüşə Korporasiyası, Nampxo Gəmiqayırma Kompleksi, Nampxo Balıqçılıq Kompleksi və s. aiddir. Nampxo Şimali Koreyanın gəmiqayırma sənayesinin mərkəzidir. Şəhərin şimalında yük nəqliyyatı, akvatik məhsul, balıqçılıq, duz zavodları yerləşir. Almalar şəhərin Ryonqan rayonunda yetişir və ən məşhur yerli məhsuldur.
İnzibati bölgü
Nampxo 5 kuyoka və 2 kuna bölünür, onların özü isə donqa və riyə bölünürlər. Vado (와우도구역; 臥牛島區域) Hanqu (항구구역; 港口區域) Çollima (천리마구역; 千里馬區域) Kanso (강서구역; 江西區域) Tan (대안구역; 大安區域) Ryonqan (룡강군; 龍岡郡) Onçon (온천군; 溫泉郡): 2010-cu ildə şəhərə birləşdirilib.
İqlim
Təhsil Şəhərdə aşağıdakı ali təhsil müəssəsələri yerləşir:
Qardaş şəhərlər Tyantszin, Çin Sankt-Peterburq, Rusiya Santa-Ana-Çyautempan, Meksika
Qalereya
İstinadlar
Ədəbiyyat Dormels, Rainer. North Korea's Cities: Industrial facilities, internal structures and typification. Jimoondang, 2014. ISBN 978-89-6297-167-5
Xarici keçidlər
Koreya Turizm Xəritəsi joins.com
Kateqoriya:Pxyonan-Namdo şəhərləri Kateqoriya:Nampxo