thumbnail|Abdul Rahman Birləşmiş Malay Milli Təşkilatı (BMMT; ) — Malayziyada iri siyasi partiya. Uzvlərinin sayı — 2,4 mln. nəfər.
Milli burjuaziya, iri sənayeçilər və torpaq sahiblərinin siyasi partiyası kimi Birləşmiş Malay Milli Təşkilatının əsası 1946-cı ildə qoyulmuşdur. Banisi — Dato Onn. 1952–1974-cü illərdə İttifaq partiyasının tərkibinə daxil olmuşdur. Malayların milli partiyası kimi Birləşmiş Malay Milli Təşkilatının proqramının müəllifi Abdul Rahman 1951-ci ildə partiyanın rəhbəri seşildiUMNO Online. UMNO's Constitution: Goal 3.3. From:http://umno-online.com/?page_id=2787 . 1952-ci ildə Malayziyanın Çin Assosiasiyası (MÇA) ilə siyasi ittifaqı yarandı və BMMT-MÇA koalisiyası paytaxta keçirilən bələdiyyə seçkilərində yerlərin 1/12 hissəsini qazanmışdırПогадаев, В. Малайский мир (Бруней, Индонезия, Малайзия, Сингапур). Лингвострановедческий словарь. М.:"Восточная книга", 2012, с. 699.
1954-cü ilin oktyabrında BMMT-MÇA ittifaqına Malayziyanın Hindistan Konqresi (MHK) də birləşdi və ölkənin iri milli icmalarının (malayların, çinlilərin və hindlilərin) maraqlarını təmsil edən İttifaq partiyasının yaradıldığı elan olundu.
1957-ci ildə ölkə müstəqilliyini elan etdikdən sonra İttifaq partiyası hakim partiya oldu. 1959-cu ildə parlament seçkilərində İttifaq partiyası 104 yerdən 74-nü aldıGoh, Cheng Teik (1994). Malaysia: Beyond Communal Politics, p. 18. Pelanduk Publications. ISBN 967-978-475-4., ölkənin Baş Naziri BMMT-nin rəhbəri Abdul Rahman oldu. 1964-cü ildə keçirilən növbəti parlament seçkilərində İttifaq Partiyası daha çox yer — 104 yerdən 89-nu, ştatların qanunvericilik yığıncaqlarındakı 282 yerdən isə 240-nı aldı.
1969-cu ildə keçirilən parlament seçkilərində İttifaq Partiyası səslərin 50 faizindən çoxunu toplayaraq parlamentdə 104 yerdən 66-nıMeans, p. 6, 7., ştatların qanunvericilik yığıncaqlarındakı 282 yerdən isə 162-ni aldı.
1974-cü ildə BMMT, MÇA, İttifaq partiyasının, Malayziya Xalq Hərəkatının və s. 12 siyasi partiyadan ibarət "Milli cəbhə"Means, pp. 29, 30. adlanan geniş koalisiya yaradıldı.
Mənbə Chin, James. "Going East: UMNO's entry into Sabah Politics". Asian Journal of Political Science, Vol 7, No 1 (June) 1999, pp. 20–40.
Xarici keçid UMNO website MYKMU.net Kelab Penyokong Maya UMNO Wanita UMNO Malaysia website
İstinadlar Kateqoriya:Mühafizəkar partiyalar Kateqoriya:Antikommunist partiyaları Kateqoriya:Sosial mühafizəkar partiyalar Kateqoriya:Milli mühafizəkar partiyalar Kateqoriya:Kimlik siyasəti Kateqoriya:Etnik siyasi partiyalar