Kutuzov ordeni — Rusiya Federasiyasının dövlət mükafatıdır.
Ordenin tarixi Kutuzov ordeni SSRİ-də 1942-ci ildə təsis edilib.SSRİ dağıldıqdan sonra orden Rusiya Federasiyası Ali Sovetinin 20 mart 1992-ci il tarixli 2557 saylı qərarı İlə Rusiya Federasiyasının dövlət mükafatlarının sistemində saxlanılmışdı. Lakin Rusiya Federasiyasının dövlət mükafatı 2010-cu ilə qədər nizamnaməyə və rəsmi təsvirə malik deyildi.
Rusiya Federasiyası Prezidentinin 7 sentyabr 2010-cu il tarixli 1099 saylı "Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında"fərmanı ilə nizamnamə və ordenin təsviri təsis edilmişdir.2013-cü ilin yanvarında və 2015-ci ilin aprelində ordenin nizamnaməsinə dəyişikliklər edilmişdi.
İstinadlar
Kateqoriya:Rusiya ordenləri