Fuad Məsum (tam adı: Məhəmməd Fuad Məsum Həvrami; kürdcə:فوئاد مەعسووم ; ; ) — Kürd əsilli İraq dövlət xadimi. İraq Respublikasının 7-ci Prezidenti. Milliyyətcə kürddürMichael M. Gunter (4 November 2010). Historical Dictionary of the Kurds Scarecrow Press. İstifadə tarixi:2015-11-17.
Gəncliyi və təhsili Məhəmməd Fuad Məsum Həvrami 1 yanvar 1938-ci ildə İraqın Süleymaniyə əyalətinin Koya şəhərində anadan olmuşdur. Ailəsi kürd olan Fuad Məsum Kürdüstanın din məktəblərində təhsil alıb. Bağdad Universitetində hüquq və şəriət dərsləri alan"Who is Fuad Masum, the new Iraqi president?" İstifadə tarixi:2015-11-17 Fuad, 1958-ci ildə Əl-Əzhər Universitetində magistr təhsilini davam etdirmək"Talabani's old time friend becomes candidate for Iraqi President | BAS NEWS" İstifadə tarixi:2015-11-17 üçün Misirin paytaxtı Qahirə şəhərinə getdi. 1968-ci ildə Bəsrə Universitetində professor kimi işləməyə başladı. 1975-ci ildə Əl-Əzhər Universitetində islam fəlsəfəsi doktoru adını aldı.
Siyasi fəaliyyəti 1962-ci ildə İraq Kommunist Partiyasına daxil oldu. Bu partiyada 1964-cü ilə qədər davam etdi. Orada Kommunist Partiyasının sədri Xalid Bəkdaşı qarşılamaq üçün Suriyaya getdi. Fuad Məsum Xalid Bəkdaşın kürdlərə qarşı münasibətini görüb Kürdüstan Demokratik Partiyasına qoşulmaq "Who is the new Iraqi president, Fuad Masum Hawrami?". AlHayat.com İstifadə tarixi:2015-11-17 üçün komunist partiyasından ayrıldı.
1968-ci ildə Kürdistan Demokratik Partiyasının Bəsrə təşkilatının sədri oldu. 1975-ci ildə Qahirədə Kürd inqilabının üzvlərindən biri idi. 1976-cı ildə Kürdistan Yurdsevərlər Birliyinin təsisçilərindən idi. 1992-ci ildə İraq Kürd Muxtariyyətinin ilk baş naziri oldu. 2003-cü ildə İraqın işğalından sonra Kürdistanı təmsil edən heyət üzvlərindən biri olaraq Bağdada gəldi və Konstitusiya komitəsinin üzvü oldu. 2004-cü ildə İraq Nümayəndələr Konseyinin sədri oldu. 11 iyul 2014-cü ildə İraq Nümayəndələr Konseyində səs çoxluğu ilə ölkə prezidenti seçildi.
Şəxsi həyatı
Fuad Məsum Ronak Mustafa Əbdül Şahid adlı xanımla evlənmiş və bu evlilikdən 5 qız uşağı dünyaya gəlmişdir.
İstinadlar
Kateqoriya:İraq prezidentləri Kateqoriya:İraq siyasətçiləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:XX əsr filosofları