Turar Rıskulov () — qazax ictimai-siyasi xadim, Türkistan Muxtar Sovet Sosialist Respublikasının səhiyyə naziri, Türkistan Muxtar Sovet Sosialist Respublikasının sədri.http://www.tarih.spring.kz/ru/history/collectivization/figures/ryskulov/ Turar Rıskulov

Həyatı Turar 1894-cü il dekabrın 26-da Semreç vilayətinin Besaqaş aulunda Dulat tayfasından olan Rıskul Jılkaydar ulunun, yəni Jılkaydar oğlunun ailəsində dünyaya göz açmışdır.

Turarın atası Rıskul Jılkaydar ulu haqqını tələb etdiyinə görə onun hərəkatını hökumətə qarşı çıxmaq kimi qiymətləndiriblər. 1904-cü ildə onu 10 illiyə Sibirə sürgünə etmişlər.Устинов В. Турар Рыскулов. Алматы, Казахстан, 1996.

Aulda molla yanında ibtidai təhsilini başa vurduqdan sonra onu 1907-ci ildə Merke qəsəbəsindəki rus-tuzem məktəbinə göndərirlər. Bu məktəbin proqramı bizlərdə rus-tatar məktəbi kimi tanınan təhsil ocaqlarının proqramı ilə eyni idi. Üç il burada oxuduqdan sonra Turar Rıskulov indi Biştek kimi tanınan Pişpek şəhərinə yollanır. 1914-cü ildə Pişpek şəhərindəki kənd təsərrüfatı məktəbini bitirdikdən sonra Daşkənd şəhərində işləməyə gəlir.Қоңыратбаев О. Тұрар Рысқұлов: қоғамдық-саяси және мемлекеттik қызметi. Түркiстан кезеңi.- Алматы: Қазақстан, 1994. — 448 б.

1938-ci il fevralın 10-da Turar Rıskulovu da Moskva vila-yətindəki Kaluqa şossesinin 25 kilometirliyində, DTK-nin (KQB) "Kommunarka" adlandırdığı yerdə güllələnmişdir. Turar Rıskulovun həbsindən sonra 26 yaşlı xanımı Əzizəni, 20 yaşıl qayını Şamili, 50 yaşlı qaynanası Arifəni də cəsusluqda suçlayıb həbsxanalara göndəririlr.Əli Şamilov, 12. Türkçülüyün qurbanları.(Qazaxıstan). "Elm və təhsil" nəşriyyatı, Bakı, 2013, 164 səhifə., s.122–134.

Turar Rıskulov 1956-cı ildə bəraət alır.

Xatirəsi Onun adının əbədiləşdirilməsi üçün Qazaxıstandakı Qazax İqtisad Universitetinə, bir rayona, ölkənin bir çox şəhərində küçələrə onun adı verilmiş, əsərləri çap edilmişdir.

Yaradıcılığı Мусбюро РКП(б) в Туркестане. 1, 2 и 3 Туркестанские Краевые Конференции РКП. 1919–1920 гг. С введением тов. Рыскулова. — Ташкент: Комиссия по изучению истории революционного движения в Туркестане. Туркбюро истпарта ЦК КПТ — Турк.гос.изд-во, 1922. Рыскулов Т. Революция и коренное население Туркестана (Сборник главнейших статей, докладов, речей и тезисов). С предисловием автора. Часть І. 1917–1919. — Ташкент, Узгосиздат, 1925. Рыскулов Т. О восстании казахов и каракиргизов в 1916 г. (К 10-летней годовщине). Основные экономические и политические причины восстания. — Кустанай, 1926. Рыскулов Т. Казахстан. — М.-Л., Госиздат, 1927. Восстание 1916 года в Киргизстане. Документы и материалы собранные Л. В. Лесной. Под редакцией и с предисловием Т. Р. Рыскулова. — Москва: Государственное социально-экономическое издательство, 1937. — 168 с. Рыскулов Т. Р. Избранные труды. — Алма-Ата: Казахстан, 1984. — 260 с. Рыскулов Т. Р. Восстание киргизов и казахов в 1916 году. — Бишкек: Учкун, 1991. — 112 с. Рыскулов Т. Р. Собрание сочинение в трех томах. — Алматы: Қазақстан, 1997.

İstinadlar

Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Dulatlar Kateqoriya:Qazaxıstan siyasətçiləri Kateqoriya:Türkçülər Kateqoriya:ÜİK(b)P-nin XVII qurultayının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin XVI qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin XII qurultayının nümayəndələri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:RK(b)P-nin XIII konfransının nümayəndələri Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar