Pentala Harikrişna (d. 10 may 1986; Andhra Pradeş, Hindistan) — Hindistan qrosmeysteri.
Həyatı
Pentala Harikrişna 10 may 1986-cı ildə Hindistanın Andhra Pradeş şəhərində anadan olmuşdur.Tərcümeyi-hal . bakuworldcup2015.com
O, 12 sentyabr 2001-ci ildə ən gənc hindistanlı qrosmeyster ünvanını qazanmışdır.
2004-cü ilin noyabrında gənclər arasında Dünya Çempionatının qalibi olmuşdur. Harikrishna beynəlxalq komanda yarışlarında, o cümlədən 2000-2015-ci illərdə altı Şahmat Olimpiadasında öz ölkəsini təmsil etmişdir. 2011-ci ilin mayında o, Asiya Çempionatının qalibi olmuşdur.
Uğurları
Pentala Harikrişnanın qazandığı bir sıra uğurlar bunlardır: 2012-ci ilin yanvarında "Tata Steel" turnirinin B Qrupunun qalibi oldu. A qrupunda ilk çıxış edən oyunçu kimi o, 7-ci yeri tutdu və Elo əmsalı 2700-i keçdi. 2013-cü ilin avqustunda 11 oyundan 8.5 xal yığaraq "Biel" turnirinin ("Masters Open") və 9 oyundan 7.5 xal ilə "Biel" Sürətli turnirinin qalibi oldu. 2015-ci ilin iyununda 10-cu Edmonton beynəlxalq festivalını 7.5 xal ilə başa çatdırdı. 18 yaşadək gənclər arasında Dünya Çempionatı, 2002-ci il, İraklio, Yunanıstan, bürünc medal; Komandalar arasında Asiya Çempionatı, 2003-cü il, Codpur, Hindistan, komanda hesabında gümüş medal; Cəbəllüttariq Masters turniri, 2004-cü il, bürünc medal; Gənclər arasında Dünya Çempionatı, 2004-cü il, Kochi, qızıl medal; İspaniya Komanda Çempionatı, 2005-ci il, İspaniya, komanda ilə qızıl medal (birinci lövhə); "Reykjavik Open", 2006-cı il, birinci yeri bölüşdürülmüşdür; Asiya oyunları komanda üzrə, 2006-cı il, Doha, qızıl medal; "Reggio Emilia" turniri, 2007-ci il, ikinci yer; Spice Cup Turniri, 2008-ci il, ABŞ, qızıl medal; Nancy qapalı turniri, 2009-cu il, Nancy, Fransa, qızıl medal; Komandalar arasında Asia Çempionatı, 2009-cu il, Kəlküttə, qızıl medal; Komandalar arasında Dünya Çempionatı, 2009-cu il, Türkiyə, bürünc medal; Nyu York Open turniri, 2010-cu il, ABŞ, qızıl medal; Asia Qitə üzrə Şəxsi Çempionat, 2011-ci il, İran, qızıl medal; Cappelle-la-Grande Open turnirinin qalibi, 2012-ci il; Asia Blitz Çempionatı, 2014-cü il, Sharjah, BƏƏ, gümüş medal; 10-cu Edmonton beynəlxalq festivalın qalibi, 2015-ci il, Edmonton, Kanada.
İstinadlar
Xarici keçidlər
P Harikrishna site
Pendyala Harikrishna at 365Chess.com Pendyala Harikrishna at Chesslive.com Pendyala Harikrishna at fide.com
Kateqoriya:Hindistanda doğulanlar Kateqoriya:Hindistan şahmatçıları Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:2022 Asiya Oyunları medalçıları Kateqoriya:2006 Asiya Oyunları medalçıları Kateqoriya:2010 Asiya Oyunları medalçıları