Azərbaycan–Bəhreyn münasibətləri — Azərbaycan Respublikası ilə Bəhreyn Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr.
Diplomatik əlaqələr İki ölkə arasında diplomatik münasibətlər 1996-cı ilin noyabrın 6-da qurulmuşdurAzərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az .
Azərbaycan ilə Bəhreyn arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olmuşdur.Azərbaycan - Bəhreyn münasibətləri . mfa.gov.az, 17.01.2014
Fövqəladə və səlahiyyətli səfirlər Hələlik iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmamışdır. Lakin iqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Bəhreyn Dövlətində fövqəladə və səlahiyyətli səfiri var.
Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2002-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Elman Həmid oğlu Araslı iqamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri E. H. Araslının iqamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2002-ci il tarixli, 787 nömrəli Fərmanı. e-qanun.az O, 28 mart 2006-cı il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır.E.H.Araslının Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, Bəhreyn Dövlətində, Qətər Dövlətində və Oman Sultanlığında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 28 mart 2006-cı il tarixli, 1374 nömrəli Sərəncamı. e-qanun.az
26 iyul 2006-cı il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tofiq Əlövsət oğlu Abdullayev igamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri T.Ə.Abdullayevin iqamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2006-cı il tarixli, 1579 nömrəli Sərəncamı. e-qanun.az O, 5 sentyabr 2012-ci il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır.T.Ə.Abdullayevin Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, Oman Sultanlığında, Yəmən Respublikasında, Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli, 2417 nömrəli Sərəncamı. e-qanun.az
27 fevral 2013-cü il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rasim Şəmsəddin oğlu Rzayev igamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri R.Ş.Rzayevin iqamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2013-cü il tarixli, 2745 nömrəli Sərəncamı. e-qanun.az
2025-ci ildə Bəhreynin Manama şəhərində Azərbaycan səfirliyinin açılması barədə qanun layihəsi qəbul edilmişdir.
Parlamentlərarası əlaqələr Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Bəhreyn parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az . 4 mart 2016-cı il tarixindən Nizami Cəfərov işçi qrupunun rəhbəridir.
Rəsmi sənədlər Azərbaycan Respublikası hökuməti ilə Bəhreyn Krallığı hökuməti arasında 3 sənəd imzalanmışdır. Həmin sənədlərdən ikisi bunlardır: 2006-cı il yanvarın 4-də Manama şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Bəhreyn Krallığının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu"2006-cı il yanvarın 4-də Manama şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Bəhreyn Krallığının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli, 1478 nömrəli Sərəncamı. e-qanun.az ; 2008-ci il martın 10-da Manama şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Bəhreyn Krallığı Hökuməti arasında hərbi əməkdaşlıq haqqında Anlaşma Memorandumu"2008-ci il martın 10-da Manama şəhərində imzalanmış «Azərbaycan Respublikası Hökuməti və Bəhreyn Krallığı Hökuməti arasında hərbi əməkdaşlıq haqqında Anlaşma Memorandumu»nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2008-ci il tarixli, 3 nömrəli Sərəncamı. e-qanun.az ;
İdman sahəsində əməkdaşlıq Futbol qarşılaşmaları
İstinadlar